Xaricdən ölkəyə gətirilən telefonlarla bağlı son yenilik bahalı telefon arzunuzu puç etməklə yanaşı, cibinizi də bir xeyli xərcə salacaq.
Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai televiziyanın “Xəbər yekun” proqramında səsləndirilib.
Aparıcı qeyd edib ki, Azərbaycanda prestijli telefonlar olduqca baha satılır:
“Bu səbəbdən də bir çoxları həmin telefonlara daha ucuz sahib olmaq üçün onu xaricdən gətizdirirdi. Fevralın 15-dən bu o qədər də asan deyil. Bundan sonra gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi qeydiyyata alınmayacaq. Bu isə telefonların qiymətinin arta biləcəyi ehtimalını yaradır”.
Daha ətraflı videoreportajda:
Bizim.Media