Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu ölkədə səfərdə olan bir qrup azərbaycanlı jurnalist Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri olan Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
Bu barədə Bizim.Media-nın Ankaradakı əməkdaşı məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Ağ gəlinlik geyinmiş İstanbul onu görməyə gələnləri izləyir - REPORTAJ+İSTANBUL
Qəbiristanlığa çox böyük həyəcanla yaxınlaşan jurnalist qrupu uzaqdan dalğalanan Azərbaycanın üçrəngli bayrağı və keşik çəkən qan qardaşımız Türkiyənin bayraqları ilə qürurlanıblar.
Asrı məzarlığında dəfn olunan Demokratik Cümhuriyyətin liderinin ruhuna dualar oxunub və xatirəsi anılıb.
Rəsulzadənin məzarı Ankara şəhərində Ankara xəstəxanasının yaxınlığındakı “Asri” qəbiristanlığında yerləşir.
Qəbirdaşının tavan hissəsində birlik nümayiş etdirən bayraqlar və “Bir kərə yüksələn bayrak bir daha enməz!” fikri həkk olunub.
Xatırladaq ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı bir qrup azərbaycanlı jurnalist Türkiyədə səfərdədir. Bir həftəlik səfər proqramı ilk İstanbul şəhərindən başlayıb.
Hazırda jurnalistlər Ankaradadırlar.
Alçina Amilqızı, Bizim.Media, Ankara