İnhisarçılar minə yaxın kiçik dəyirmanı sıradan çıxardılar...

Hazırda oxunan: İnhisarçılar minə yaxın kiçik dəyirmanı sıradan çıxardılar...

121375
Azərbaycan ərzaq buğdasına olan ehtiyacını tamamilə idxalın hesabına ödəyir. Ölkənin buğdaya olan təlabatı 1 milyon 300 min ton olduğu halda, hər il 1 milyon 700 min ton taxıl idxal olunur ki, bunun da 1 milyon 500 min tonu buğdadır.xa0

”x9dAzərbaycanda 65-70 faiz ərzaq buğdası istehsal olunur" fikri tamamilə cəfəngiyyatdır. Ölkədə heç 1 milyon ton buğda istehsal olunmur. İstehsal olunanın da keyfiyyəti aşağı olduğu üçün mal-qaraya yedizdirilir.
Bir müddət əvvəl kəndlərdə çoxlu sayda dəyirmanlar var idi. Bu dəyimanların hamısının fəaliyyətini qapatdılar. Yəni kiçik və orta sahibkarlar sıradan çıxarıldı. Bunu məqsədyönlü şəkildə etdilər. Ona görə edirdilər ki, böyük şəhərlərdə olan böyük dəyirmanlar oliqarx-məmurların əllərində cəmləşsin. Beləcə bu sahəni də monopoliyaya aldılar. Minə yaxın kiçik dəyirmanlar sıradan çıxarıldı.

O kiçik dəyirmanlarda fermerlər özləri istehsal etdikləri buğdanı üyüdürdülər, bir hissəsini özləri çörəkbişirmədə istifadə edirdilər, bir hissəsini də bazara çıxarıb satırdılar. Beləliklə ölkə daxilində istehsal olunan buğdanın bir hissəsi istehlaka gedirdi. Bu da fermerə stimul verirdi ki, istehsalı artırsın, daha keyfiyyətli etsin. Bu imkanı fermerlərin əllərindən aldılar. Hətta fermerləri də bu yolla unu, çörəyi satın almağa məcbur etdilər.

Onu da qeyd etməliyəm ki, İdxal edilən buğda ərzaq buğdası standartına uyğun deyil. Rəsmi olaraq bildirilir ki, taxıl Qazaxıstan və Rusiyadan gətirilir. Bu ölkələrdə ərzaq buğdası istehsalı ilbəil azalır. Həmin ölkələr hətta özlərinin ərzaq buğdasına olan ehtiyacını ödəməkdə çətinlik çəkirlər.xa0

Digər ölkələrdə 4 - cü, 5-ci sinif buğda idxalına qadağa qoyulsa da, bizim kimi ölkələrə ərzaq standartına uyğun olmayan məhsul gətirilir. Yerli fermerlərin istehsal etdiyi buğda bazara çıxarılmır, onun qarşısını alıblar. Seçim imkanı olmadığı üçün əhali məcburiyyət qarşısında qalıb başqa ölkədən idxal olunan yararsız məhsulu istehlak edir. Taxıl idxalı, unüyütmə, hətta çörəkbişirmə də monopoliyada olduğu üçün bu adda məhsulların əldə olunması ucuz başa gəlsə də, istehlakçılara çox baha təklif olunr...

Vahid Məhərrəmli, kənd təsərrüfatı üzrə tanınmış ekspert
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin