BİZİM TƏQVİM: Dünyada bu gün nələr olub?

Hazırda oxunan: BİZİM TƏQVİM: Dünyada bu gün nələr olub?

121360

20 fevral 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin sessiyası vilayətin Ermənistana birləşdirilməsi tələbilə SSRİ Ali Soveti qarşısında vəsatət qaldırdı. Bu qanunsuz tələb Qarabağın Azərbaycandan qoparılması istiqamətində sovet rəhbərliyinin yürütdüyü riyakar siyasətin növbəti mərhələsi oldu. Sonrakı faciəvi hadisələr məhz bundan sonra başladı.  

Bəs, 20 fevralda dünyada daha hansı hadisələr baş verib?

1.1798-ci ilin 20 fevralında Lui Aleksandr Bertye Roma papası VI Piyi taxtdan salıb.

2.Dünyanın ən böyük və ən məşhur muzeylərindən biri olan “Metropoliten Muzey of Art” 1872-ci ilin 20 fevralında Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində açılıb.

3.  İstanbulda ilk elektrikli tramvay 1914-cü ilin 20 fevral günündən işə düşüb. Bu tarixdən etibarən şəhərdə 1869-ci ildən olan atlı tramvay yerini elektrik tramvaya təhvil verib. 

4.20 fevral 1835-ci ildə Çilinin Konsepsion şəhəri zəlzələ nəticəsində dağılıb.

5.1970-ci ilin bu günü dövrün Türkiyə dövlət başçısı Cövdət Sunay və Baş nazir Süleyman Dəmirəl tərəfindən mərasimlə İstanbul Boğaziçi körpüsünün təməli atılıb. Asiya və Avropa qitələrini birləşdirən körpü üç ilə tamamlanıb.Boğaziçi körpüsü Qara dənizlə Mərmərə dənizini bir-birinə bağlayan və İstanbul boğazı üzərində yer alan üç asma körpüdən biridir. 

6.20 fevral 1986-cı ildə SSRİ "Mir" orbital stansiyasının əsas blokunu Yerətrafı orbitə çıxardıb.

7.2007-ci ildə BMT Baş Məclisinin qərarı ilə hər il fevralın 20-si bütün dünyada Sosial Ədalət Günü kimi qeyd olunur. Sosial Ədalət millətlərin dinc yanaşı yaşaması və inkişaf etməsi üçün ən ümdə pronsiplərdən sayılır.

20 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1.Azərbaycan maarifpərvəri Mirzə Hüseyn Əfəndi Qayıbzadə 1830-cu ildə anadan olub. Mirzə Hüseyn Əfəndi Qayıbzadənin 4 cilddən ibarət “Azərbaycanda məhşur olan şüəranın əşarına məcmuə”si klassik irsin öyrənilməsi üçün əhəmiyyətlidir. Bu məcmuədə 18-19-cu əsrlərdə yaşamış 100-dən çox Azərbaycan şairinin əsərlərindən nümunələr verilib. (1830-1917)

2.20 fevral görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirə günüdür. F.Əmirov uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub. Onun “Sevil” operası dramaturji yığcamlığı, xalq ruhuna yaxın olması və gözəl melodiyaları ilə səciyyələnir. Fikrət Əmirov simfonik muğam janrının yaradıcısı, bir çox romans və mahnının müəllifidir. Onun “Min bir gecə” baleti dünyanın bir çox ölkəsində tanınır. Bəstəkar 1984-cü ilin bu günü dünyasını dəyişib. (1922-1984)
3.Şair, dramaturq, tərcüməçi, AYB-nin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Əliağa Kürçaylı 20 fevral 1928-ci ildə dünyaya göz açıb.

4.  Azərbaycan xanəndəsi, professor,Xalq artisti Milli Konservatoriyanın "Muğam" kafedrasının müdiri Arif Babayev 20 fevral 1938-ci ildə anadan olub. 

5.Rusiyalı journalist, teleaparıcı İradə Zeynalova 20 fevral 1972-ci ildə anadan olub. O, NTV-də "Vesti nedeli"( 'Həftə nəticələri') proqramının müəllifi və aparıcısı (2016-cı ildən). Bundan əvvəl Kanal Birdə (2012-2016) "Vremya" ("Vaxt") proqramının bazar buraxılışına ev sahibliyi edib. Rusiya Televiziyası Akademiyasının üzvü, jurnalist Svetlana Zeynalovanın böyük bacısıdır. 


Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin