Cəlilabadda 20 yaşlı oğlan bıçaqlandı

Hazırda oxunan: Cəlilabadda 20 yaşlı oğlan bıçaqlandı

121307

Fevralın 18-də saat 21 radələrində Cəlilabad rayonu ərazisində rayon sakini 2003-cü il təvəllüdlü Kənan İsmayılova bıçaq xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, aparılan araşdırmalar nəticəsində, cinayət əməlinin 2000-ci il təvəllüdlü Əkbər Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

K.İsmayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır. Polis əməkdaşları tərəfindən Ə.Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin