Rusiyanın Pskov vilayətinin Puşkinskie Qorı şəhərində yaşayan Cəmilə Nikandrova Modern.az saytının redaksiyasına müraciət edərək, ona atasının tapılmasında yardımçı olmağımızı istəyib.xa0
Anası milliyətcə rus olan Cəmilənin sözlərinə görə, atası İsmayılov Vəli Maqsud oğlu əslən Ağdam rayonunun hazırda Ermənistanın işğalı altında olan Qiyaslı kəndindəndir.
Cəmilə İsmayılova 1989-cu il yanvarın 20-də anadan olduğunu və atasının 1992-ci ildə Azərbaycana qayıtdığını bildirib. Rusiyada yaşayan Cəmilə anasının soyadını qəbul edərək, Cəmilə Nikandrova adı ilə yaşadığını deyib.
Vəli İsmayılovun və onu axtaran qızı Cəmilənin fotolarını təqdim edirik.(modern.az)





































































































