Ölkədə qiymətlər tələb-təklif əsasında formalaşır — Dövlət Xidmətindən bahalaşmaya münasibət

Hazırda oxunan: Ölkədə qiymətlər tələb-təklif əsasında formalaşır — Dövlət Xidmətindən bahalaşmaya münasibət

12120

Tariff Şurası tərəfindən tənzimlənən qiymətlər istisna olmaqla, ölkəmizdə qiymətlər azad iqtisadiyyat sistemində tələb-təklif əsasında formalaşır. Buna hər hansı müdaxilə edilməsi, süni olaraq qiymətlərin tənzimlənməsi qanunvericilikdə nəzərdə tutulmur.

Bizim.Media xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli “2020-ci ilin yekunları”na həsr olunmuş onlayn konfransda deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Marketlərdə polietilen torbalar pulla veriləcək - Nazirlər Kabineti qərar verdi 


O bildirib ki, süni qiymət artımı ilə bağlı bazarda gündəlik monitorinq aparılır.

“Xidmət tərəfindən 57 adda ərzaq məhsulları, 28 adda meyvə-tərəvəz, 21 adda tikinti materialları üzrə monitorinq aparılıb. Bu, bazarda azad rəqabət şəraitində qiymətlərin monitorinqidir".

"Təhlillərimiz göstərir ki, qiymətlərin süni qaldırılması üzrə qanun pozuntuları aşkar edilməyib".

"Müəyyən kateqoriya məhsulların, məsələn, şəkər və duru yağın istehsalı ölkəmizdə mövcud deyil".

"Ölkə daxili ilə yanaşı, beynəlxalq bazarlarda da monitorinqlər aparılır və qiymət artımları müşahidə edilir. Beynəlxalq bazarlarda qiymətlər qalxırsa, o zaman qanun pozuntusu aşkarlanmır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin