Əli Abbasovun bağ evindən 1 milyon dollar oğurlandı

Hazırda oxunan: Əli Abbasovun bağ evindən 1 milyon dollar oğurlandı

121142
Azərbaycanın sabiq rabitə və yüksək texnologiya naziri Əli Abbasovun Goradil qəsəbəsində yerləşən bağ evindən 1 milyon dollar oğurlayıblar.

Moderator.az xəbər verir ki, haqqin.az bu barədə hüquq-mühafizə oraqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Oğurluq nazirin işdən azad olduqdan bir neçə həftə sonra baş verib.

Məlumata görə, axtarış-istintaq tədbirləri nəticəsində qarətçilər həbs ediliblər.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Əli Abbasovun və digər məsul əməkdaşları simasında əvvəlki rəhbərliyi korrupsiyada ittiham ediliblər. Nazirliyin 20-yə yaxın əməkdaşı həbs edilib, istintaq aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin