Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatdı - Faktiki hava

Hazırda oxunan: Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatdı - Faktiki hava

12110

Faktiki hava açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, fevralın 17-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində bəzi yerlərə yağış, Qrız, Qusar, Gədəbəy, Şahdağ, Daşkəsənə qar yağıb. 

Düşən yağışın miqdarı Mingəçevirdə 9, Biləsuvarda 6, İmişlidə 5, Lənkəranda 4, Ceyrançöl, Göyçayda 3, Şəmkir, Tovuz, Şəki, Mərəzə, Tərtər, Zərdab, Kürdəmir, Yardımlı, Lerik, Şahdağ, Astarada 2, Ağdərə (Ordubad), Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Ağdam, Balakən, Zaqatala, Quba, Kişçay (Şəki), Neftçala, Cəfərxan, Sabirabad, Beyləqan, Bərdədə 1mm, Bakı, Binə, Sumqayıtda 1mm-dək olub. 

Şimal-qərb küləyinin sürəti Xınalıqda 28, Tərtərdə 23, Naftalan, Neftçalada 20, Salyanda 18, Qrızda 16, Abşeron yarımadası və Bakıda 17, Pirallahı, Çilov adası, Neft Daşlarında 15 m/s-dək  güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin