Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Calut kəndi ərazisindən keçən hissəsində baş verən qəzanın təfərrüatları bəlli olub.
Bizim.Media-nın yerli bürosu hadisə şahidlərinə istinadən bildirir ki, “VAZ 21099” markalı, 10 KN 701 dövlət nömrə nişanlı minik avtomobili sürət həddini aşdığından idarəetmədən çıxıb.
Bu zaman avtomobil əvvəlcə aşıb, daha sonra yolun kənarındakı daş hasara çırpılıb. Nəticədə hasar dağılıb və arxasındakı üç baş xırdabuynuzlu heyvan tələf olub.
Qəza zamanı xəsarət alan sürücü hadisə şahidlərinin köməyi ilə rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma başlayıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi.
- A-
- A
- A+
Cəmiyyət
18:46 / 17.02.2023
Oğuzda avtomobil AŞDI – Sürücü xəsarət aldı
Hazırda oxunan: Oğuzda avtomobil AŞDI – Sürücü xəsarət aldı
Hazırda oxunan: Oğuzda avtomobil AŞDI – Sürücü xəsarət aldı
121093
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.