Əli Həsənovdan Xocalı faciəsinə hörmətsizlik – FOTOFAKT

Hazırda oxunan: Əli Həsənovdan Xocalı faciəsinə hörmətsizlik – FOTOFAKT

12107

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov “Facebook” səhifəsində fanatlarına çağırış edib. 

Bizim.Media xəbər verir ki, Əli Həsənov sosial şəbəkə hesabında Xocalı soyqırımı ilə bağlı 2017-ci ildə 8 dildə nəşr etdirdiyi kitab haqqında informasiya bölüşüb. 

 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun oğlu ABŞ-a köçdü - Pullarını da ölkədən çıxarır - FOTO


Məlumatda Əli Həsənov qeyd edib ki, “Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində 2017-ci ildə 8 xarici dildə nəşr etdirdiyim...” və s. və ilaxır.
 

Xatırladım ki, 2017-i ildə Xocalı soyqırımının 25-ci ildönümü idi. Gələn həftə isə 29-cü ildönümü anılacaq.


Bu 31 hardan çıxdı?

Əli Həsənov deyəsən xaricdə çox qaldı, yaxud onu tənhalıq o qədər üzüb ki, 31 rəqəminə ruhən və cismən bağlanıb.

Bu insan PA-ın şöbə müdiri olub və Azərbaycan ideologiyasından bəhs edən çıxışların müəllifidir. Onun-bunun hesabına tarixi faktları əks etdirən kitabların da “müəllifi” kimi özünə şöhrət qazandırmağa çalışıb. 1992-ci ildə ermənilərin xalqımızın başına gətirdiyi qətliamın tarixini bilməyən Əlinin əlləri ilə yazılan kitabda Allah bilir daha nə qədər ermənipərəst nüanslar var. 

 

Xocalı soyqırımından neçə ilin keçdiyini bilməyən Əli utanmaz-utanmaz da nəşr etdirdiyi kitabın əksər postsovet ölkələrində, 10-dan çox Avropa və Asiya dövlətlərində nəşr olunduğunu qeyd edib. 


Əslində onun rəqəmləri qarışdırmasını Azərbaycanda satışa çıxardığı obyektlərlə, oğlu vasitəsilə ölkədən ABŞ-a yolladığı pul vəsaitlərinin sayı ilə əlaqələndirmək olar. Belə adamların beynində vətənə, dövlətə vacib olan tarixlər önəmli yer tutmur. Onlar üçün əsas olan bank hesabları, özlərinə oxşayan törəmələrinin gələcək firavan həyatıdır. Yoxsa Amerikada “makler”liyə başlayan Şamxal Əlilinin səsi Dubaydan gəlməzdi. 

Azərbaycan üçün önəmli olan faktları düşmənə - erməniyə sərf edən kimi təqdim etmək ən böyük satqınlıqdır.

Görəsən Əli Həsənov bu dəfə kimin sifarişini yerinə yetirib? İndi ermənilər tirajlayacaq ki, 1990-cı ildə onların Xocalıda olması barədə heç bir dəlil yoxdur, bəs Azərbaycanın ekslərindən biri iddia edir ki, 31 il öncə - 1990-cı ildə ermənilər Xocalıda soyqırımı törədib. Ermənilər bununla dünyaya car çəkəcəklər ki, Azərbaycan uydurma soyqırımı iddiasındadır. 

Əlbəttə ki, bu mümkün deyil. Çünki dövlətimiz Xocalı soyqırımının tanıdılması üçün əlindən gələni edib və bu işə davam edir. Əli Həsənovun azərbaycançılığa yaraşmayan paylaşımı barədə onu demək olar ki, “milçəyin bir mahiyyəti olmasa da, ürək bulandırır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin