Astronomiya fənni tədrisə qaytarıla bilərmi? – Nazirlikdən CAVAB

Hazırda oxunan: Astronomiya fənni tədrisə qaytarıla bilərmi? – Nazirlikdən CAVAB

121062

Astronomiya fənninin orta məktəblərdə tədrisdən çıxarılmasından bir neçə il ötsə də, mütəxəssislər bu vəziyyətlə razılaşmır. Onlar astronomiya ilə bağlı biliklərin günümüz üçün lazımlı olduğunu, bu bilklərin isə uşaq yaşlarından öyrədilməsinin vacib olduğunu düşünür.   

Mövzu ilə bağlı Bizim.Media-a açıqlamasında AMEA Şamaxı Astrofizika Rəsədxanasının Planetlər və kiçik səma cisimləri şöbəsinin rəhbəri, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi bildirib: 

“Təhsil Nazirliyinin Astronomiya fənnini tədrisdən çıxarması doğru deyil. Bu fənn günümüz üçün vacib olan bilikləri öyrədən sahədir”. Nazirlik bu fənni nə üçün ləğv edib? Bunun yetərli izahı olmalıdır. Bir-iki sadə misal deyim. Aprelin 12-si gələcək. Kosmonovtika haqqında bir uşaqdan nəsə soruşsan, heç nə bilməyəcək. Yaxud da gənclərimiz Kərim Kərimovu tanımamaqda haqlıdırlamı? “Mir” Kosmik Stansiyası var idi. Onu kim qurmuşdu? Oxuyub-öyrənməliyik ki, vacib sualların cavabını hardasa axtarmaqdansa, özümüz verə bilək”.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Bizim.Media-ya bildirib ki, fənnin ləğv olunmasında şagirdlərin dərs yükünün çox olması məsələsi də var:

“Əslində Astronomiya əvvələr orta məktəblərdə tədris olunurdu. Biz şagirdlərimizi izafi fənnlərlə çox yükləyə bilmərik. Astronomiya sırf texniki fənndir və bu sahə ilə məşğul olanlar üçün maraqlıdır. Fənn tədris olunmasa da, astronomiya ilə bağlı ilkin məlumatlar digər fənnlər çərçivəsində tədris olunur. Bu sahəyə müraciət etmək istəyənlər imtahanlarını verdikdən sonra ali məktəblərdə ixtisasa davam edə bilərlər”.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə bildirdi ki, astronomiya fənnin tədrisi nəzərdə tutulmur: 

“Fənnin tədrisi ona görə nəzərdə tutulmur ki, bütün həyat sahələri ilə bağlı fənnlərin məktəblərdə tədris olunması zərurəti yoxdur. Yəni, müxtəlif sahəli biliklər çoxdur və bunların hamısı hökmən tədris planında olmalıdır, deyə bir zərurət yoxdur”.  

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin