“Operativ Qərargahın rəhmi gəlsin, Gürcüstanla quru sərhədləri açsın” – Qüdrət Həsənquliyev

Hazırda oxunan: “Operativ Qərargahın rəhmi gəlsin, Gürcüstanla quru sərhədləri açsın” – Qüdrət Həsənquliyev

121060

“Hazırda karantin rejimi davam edir. Arzu edirəm ki, Nazirlər Kabineti və Operativ Qərargahın rəhmi gəlsin və Gürcüstanla quru sərhədlərimiz açılsın, Türkiyədəki tələbələrimiz Azərbaycana gələ bilsinlər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev səsləndirib.

“Əgər xəstəlikdən qorxurlarsa, onsuz da həmin şəxslər təyyarə ilə gələ bilirlər. Digər tərəfdən, sərhəddə tibbi-yoxlama məntəqəsi yaradıla bilər”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin