“Etiraf etməliyik ki, ölkəmizdə məşğulluqla bağlı ciddi problemlər var”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Azay Quliyev səsləndirib.
“Seçililərimizin bizə ən çox müraicət etdiyi məsələ məhz işlə təminat problemi ilə bağlı olur.
Yaxşı olardı ki, bu məsələ ilə məşğul olan qurumlar müvafiq məsələlərlə bağlı bizə əlavə məlumat versinlər. Eyni zamanda, təklif edirəm ki, Əmək və sosial siyasət komitəsi ilə birlikdə müvafiq qurumlarla əhalinin məşğulluğu ilə bağlı müzakirə keçirilsin.
Müzakirələr zamanı qurumlar bizə məşğulluqla bağlı əsas problemlərin nədən ibarət olduğunu qeyd edər və bizim bəzi seçicilərimizin müraciətlərinə niyə baxılmadığı ilə bağlı suallarımızı cavablandırarlar”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:33 / 17.02.2023
Məşğulluq problemi ilə bağlı deputatdan TƏKLİF – “Müzakirələr təşkil olunmalıdır”
Hazırda oxunan: Məşğulluq problemi ilə bağlı deputatdan TƏKLİF – “Müzakirələr təşkil olunmalıdır”
Hazırda oxunan: Məşğulluq problemi ilə bağlı deputatdan TƏKLİF – “Müzakirələr təşkil olunmalıdır”
121045
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.