“Artıq vəsaitlər investisiya kimi yatırılmaqdansa, yoxsul təbəqəyə verilsin” – Qüdrət Həsənquliyev

Hazırda oxunan: “Artıq vəsaitlər investisiya kimi yatırılmaqdansa, yoxsul təbəqəyə verilsin” – Qüdrət Həsənquliyev

121042

“Biz, “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik etməklə dövət büdcəsi hesabına formalaşdırılan quruma investisiya yatırmaq hüququ veririk. Bu, Konstitusiya ilə ziddiyyət təşkil edir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev səsləndirib.

Belə ki, deputat İşsizlikdən Sığorta Fonduna investisiya qoyma hüququnun verilməsinə etirazını bildirib:

“Bu kommersiya hüququnun verilməsi deməkdir. Bu vəsaitələrdən investisiya kimi istifadə olunması biznes riski yaradır. Bəs, həmin investisiya batsa, nə olacaq?”, - deyə deputat əlavə edib.
Qüdrət Həsənquliyev Fondun artıq vəsaitlərinin investisiya kimi qoyulmasını doğru hesab etmədiyini, həmin pulların əhalinin yoxsul təbəqəsinə verilməsinin daha doğru olduğunu qeyd edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin