"Bu gün səhər Siyəzən rayonunun Beşdam kəndi ərazisində baş vermiş, 3 nəfərin ölümünə, 7 nəfərin isə yaralanmasına səbəb olan ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Siyəzən rayon polis şöbəsinin istintaq bölməsində CM-nin 263.3 maddəsi ilə cinayət işi açılıb".
Bizim.Media-nın sorğusuna cavabında DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupundan Xəyal Talıbov bu məlumatı açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Siyəzəndə ağır qəza - 2 ölü,7 yaralı – ÖZƏL/FOTO
Onun sözlərinə görə, fakt əsasında avtotexniki ekspertiza təyin edilib. Ekspertizanın rəyi qəzanın günahının hansı sürücüdə olmasını müəyyən edəcək.
Hadisəni törədən sürücülər -"Mersedes Vita" nın sürücüsü, 39 yaşlı Vüqar Abdullayev və "Opel"in sürücüsü, 26 yaşlı Çingiz Hümbətov da xəsarət aldıqları üçün xəstəxanada müalicəyə cəlb ediliblər.
Qeyd olunan səbəblərdən hələ sürücülərdən heç biri saxlanılmayıb".
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.