"Qarabağ"ın oyunundan sonra metro 9800 sərnişin DAŞIYIB

Hazırda oxunan: "Qarabağ"ın oyunundan sonra metro 9800 sərnişin DAŞIYIB

121012

Fevralın 16-dan-17-nə keçən gecə Bakı metropoliteninin 3 - “Gənclik”, “Nərimanov” və “28 May” stansiyasının iş rejimi “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində oyunu ilə əlaqədar 1 saat uzadılıb.

Bakı Metropolitenindən Bizim.Media-ya verilən məlumata görə, oyunun başlanma saatları ərəfəsində sərnişinlərin rahatlıq və təhlükəsizliyini, ən əsası, səmti asanlıqla müəyyən edərək arenaya getməsini təmin etmək məqsədilə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində çalışıb, qeyd edilən digər iki stansiyada da müvafiq tədbirlər görülüb.

Futbol oyunundan sonra üç stansiya ümumilikdə 9800-ə yaxın sərnişinə xidmət göstərib. Sərnişinlər mənzil başına çatdırılana qədər qatarlar xətlər üzrə hərəkət edib.

Ehtiyat qatarlardan istifadə olunub. Eyni zamanda gecə saatlarında intervalların sərnişin tələbatına uyğun tənzimləməsinə xüsusi diqqət yetirilib. Sərnişindaşıma ilə bağlı problem yaranmayıb.
Onu da əlavə edək ki, digər stansiyalar gecə saat 12-də sərnişinlərin girişinə bağlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin