“Əli Həsənov dələduzluq edib, o, dərhal YAP-dan uzaqlaşdırılmalıdır” – Hafiz Hacıyev

Hazırda oxunan: “Əli Həsənov dələduzluq edib, o, dərhal YAP-dan uzaqlaşdırılmalıdır” – Hafiz Hacıyev

12100

“Bu gün Yeni Azərbaycan Partiyasını bu vəziyyətə qoyan vaxtikən Ramiz Mehdiyevin idarə heyətinə yığdığı insanlardır. Əli Həsənov dələduzluq edib, o, dərhal YAP-ın siyasi şurasından uzaqlaşdırılmalıdır. Onun orada qalması qəbahətdir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, Əli Həsənovun R. Mehdiyevin əmrlərini yerinə yetirdiyini bildirib.

 


MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun oğlu ABŞ-a köçdü - Pullarını da ölkədən çıxarır - FOTO

Əli Həsənov dindirildi - Vüqar Səfərlinin işi böyüyür - FOTO


“Əli Həsənov Azərbaycan mətbuatını acınacaqlı vəziyyətə qoydu. Lakin burada bir vacib məsələ var. O, hər zaman Ramiz Mehdiyevin əmrlərini icra edirdi".

"Ə.Həsənov Mehdiyevin təsirindən çıxa bilməzdi”.

 

Partiya sədri jurnalistlər üçün nəzərdə tutulan, lakin min bir hiylə ilə Əli Həsənovun tapşırığı, Vüqar Səfərlinin əli ilə paylanılan evlərin də onların cinayət əməllərindən biri olduğunu vurğulayıb. 


“Onun kadrı sayılan Vüqar Səfərli həbs olundu, min bir hiylə ilə payladığı evlər dövlət tərəfindən sahiblərindən müsadirə edildi. Əli Həsənov böyük tənqidlərə məruz qalıb, onun haqqında cinayət faktı varsa, o, təcili şəkildə YAP-dan xaric edilməlidir”,- deyə, o, fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin