Siyəzəndə qəzada yaralananların vəziyyəti AĞIRDIR – Bakıdan sanaviasiya xidməti ÇAĞIRILIB 

Hazırda oxunan: Siyəzəndə qəzada yaralananların vəziyyəti AĞIRDIR – Bakıdan sanaviasiya xidməti ÇAĞIRILIB 

120990

Bu gün Siyəzəndə baş verən qəzada Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə 9 yaralı gətirilib. 

Bu haqda Bizim.Media-ya Siyəzən Müalicə Diaqnostika Mərkəzindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Siyəzəndə ağır qəza - 2 ölü,7 yaralı – ÖZƏL/FOTO 


“Yaralılardan 7-si "Mersedes Vita"da, 2-si isə “Opel Astra” markalı avtomobildə olub. "Opel” də olan 46 yaşlı sərnişin Qənimət Hümbətova isə görülən tədbirlərə baxmayaraq vəfat edib. 8 yaralıdan 4-ü reanumasiya şöbəsinə yerləşdirilib. 

Vəziyyətləri ağır olduğundan reanimasiyada olanlardan bir nəfər Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə, biri isə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına göndərilib. 

Yaralılardan daha 2-nin vəziyyəti ağır olduğundan Bakıdan sanaviasiya xidmətinin köməyi ilə neyrocərrahlar dəvət edilib.

Həmin yaralıların müalicəsinin harada davam olunması ilə bağlı qərarı paytaxtdan dəvət olunan həkimlər verəcək. Yaralılardan ikisinin vəziyyəti yüngül olduğundan, o cümlədən hamilə qadın evə buraxılıb”.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin