FHN-nin Türkiyəyə göndərdiyi yardımın həcmi AÇIQLANDI

Hazırda oxunan: FHN-nin Türkiyəyə göndərdiyi yardımın həcmi AÇIQLANDI

120978

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyəyə göndərilən xilasetmə və tibbi personal, humanitar yardımın siyahısı açıqlanıb.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycandan Türkiyəyə 760 nəfər xilasetmə və tibbi personal, 8 xilasetmə iti, 2 mobil səhra hospitalı (7 konteynerlə), 3 xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi, 2630 çadır (müxtəlif ölçülü), 707 qızdırıcı, 540 çarpayı, 5 böyük gücə malik generator, 724 ədyal və 724 ədyal üzü, 8000 geyim dəsti, 20000 corab (cüt), 650 masa, 2000 oturacaq, 7000 iplik dəsmal və digər ləvazimatlar göndərilib.

Qeyd edək ki, Kahramanmaraşda keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfər sağ, 741 nəfərin isə cəsədi çıxarılıb. Kahramanmaraş rayonunda fəaliyyət göstərən mobil səhra hospitalında bu günədək 729 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.
FHN-in Kahramanmaraşdakı qüvvələrindən 110 nəfərdən çox şəxs axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Hataya göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin