Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin məzarının üstü götürülüb.
Bizim.Media xəbər verir ki, onun Bərdənin Şəhidlər Xiyabanındakı qəbrinin üstünə başdaşı və sinədaşı qoyulub.
MÖVZU İLƏ BAĞLI:
Şəhid Xudayar Yusifzadənin geyimləri muzeydə qorunacaq - FOTO
Bundan əvvəl isə hələ də şəhidin qəbrinin üstünün götürülməməsi ilə bağlı məlumatlar yayılmışdı.
Qeyd edək ki, 22 yaşlı kiçik gizir Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.
“Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə və “Zəngilanın azad olunmasına görə” medalına layiq görülüb.
Bizim.Media