Şimal-Qərb bölgəsində temperatur yenidən aşağı düşdü

Hazırda oxunan: Şimal-Qərb bölgəsində temperatur yenidən aşağı düşdü

120939

Bu gecə bölgənin dağlıq və dağətəyi yaşayış məntəqələrinə qar yağıb, temperatur mənfi 7-10 dərəcə arasında dəyişib. 

Bizim.Media-nın yerli bürosu Şəki Regional Hava Məlumat Mərkəzinə istinadən xəbər verir ki, qar əsasən dağlıq ərazilərdə çox yağıb.

Ucqar dağ kəndlərində yaşayan sakinlərin büromuza verdiyi məlumata əsasən bu ərazilərə daha 5-7 sm qar düşüb. Hazırda da bölgənin bəzi dağlıq ərazilərinə qarın yağması davam edir. 

Böyük Qafqazın cənub yamacları boyunca uzanan bölgədə ən çox qar isə Qaxın Sarıbaş kəndi istiqamətində yerləşən dağlara yağıb. Belə ki, ilkin məlumatlara əsasən burada qarın qalınlığı 12-15 sm-ə çatır. 
Bölgə rayonlarında qeyri -sabit hava şəraiti davam etməsinə baxmayaraq, yollarda nəqliyyatın hərəkətində, eləcə də elektrik enerjisi və mavi yanacağın verilməsində problem müşahidə olunmur. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin