Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 68 gündür ki, davam edir.
Bizim.Media xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq aksiya iştirakçıları etirazlarını davam etdirirlər.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər.
Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terroruna son qoyulması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:48 / 17.02.2023
Laçın-Xankəndi yolunda etirazlar 68 gündür DAVAM EDİR
Hazırda oxunan: Laçın-Xankəndi yolunda etirazlar 68 gündür DAVAM EDİR
Hazırda oxunan: Laçın-Xankəndi yolunda etirazlar 68 gündür DAVAM EDİR
120936
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.