Moderator.azxa0xəbər verir ki, bu gün Təhsil Nazirliyində tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı ali məktəblərin prorektorları, mühasibləri, orta ixtisas təhsili müəssisələrinin direktorları və mühasibləri ilə görüş keçirildi.
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydası ilə tanışlıqdan sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində də analoji mövzuda iclas keçirildi.xa0
Kollecin direktoru Namiq Ağamalıyev yeni qaydaların ümumi müddəalarından danışdi, bundan sonra ödənişli əsaslarla təhsil alan tələbələrin də tələbə təqaüdü almaq imkanının olduğunu iştirakçıların diqqətinə çatdırdi.xa0
O qeyd edib ki, ümumi orta müvəffəqiyyət göstəricisi (bundan sonra ÜOMG) adi (51-100 bal), həvəsləndirici (71-100 bal, hər hansı bir fəndən 91-100 bal), əlaçı (91-100 bal) olaraq müəyyənləşir.
İclasda o da vurğulandı ki, yeni qaydalar yalnız kredit qruplarında təhsil alan tələbələrə şamil ediləcək. Həmçinin bildirildi ki, kollecə qəbul üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanından 85 fazidən yuxarı nəticə göstərən tələbələr əvvəlki qaydalardan fərqli olaraq, ilk semestrdə əlaçı təqaüdü alacaqlar.
ÜOMG-nin hesablanması bu cürdür: semestr ərzində keçilən fənlərin hər birinin ayrı-ayrılıqda kredit sayının imtahan nəticəsinə hasilinin semsetrdə keçilən ümumi fənlərin kreditlərinin cəminə nisbəti.
Yəni,
b1k1* + b2k2* + b3k3*+...+ bnkn* / k1+ k2+ k3+...+ kn
b1, b2, bn ”“ tələbənin fənlər üzrə topladığı ballar;
k1, k2, kn ”“ tədris planında həmin semestrdə tədris olunan fənlərə görə nəzərdə tutulan müvafiq kreditlər;
k1*, k2*, kn* - fənlər üzrə qazanılmış kreditlər. Əgər tələbə imtahandan müvəffəq qiymət almazsa, o, krediti qazanmamış hesab edilir və bu əmsal sıfır olur.
Tutaq ki, bir qrupda 20 nəfər tələbə oxuyur. Onlardan 15 nəfər dövlət sifarişilə, 5 nəfər isə ödənişli əsaslarla təhsil alanlardır. Əvvəlki qaydalarla götürəndə, bu qrupdan 15 nəfər tələbə təqaüd alırdı, amma bu yalnız dövlət sifarişli tələbələr idi. Yeni qayda ilə də həmin qrupdan 15 nəfər təqaüd alacaq. Belə ki, yuxarıdakı düsturla ÜOMG-si ən yüksəkdən aşağıya doğru uyğun gələn ilk 15 tələbə təhsilalma formasından (ödənişli, dövlət sifarişli) asılı olmayaraq tələbə təqaüdündən yararlanacaq. Əgər həmin qrupda 7 nəfərin kəsri yaranarsa, 13 nəfər təqaüd alacaq, yerdə qalan 2 nəfərin təqaüdü isə həmin ixtisas üzrə başqa qrupda ÜOMG ilə hesablamada aşağı nəticələr göstərdiyinə görə təqaüd ala bilməyən tələbələrə veriləcək.xa0
Qeyd edək ki, iclasda yeni Təqaüd Komissyası yaradılıb. Təlim-tərbiyə işləri üzrə direktor müavini Nicat Göyüşlü, I əyani şöbə müdiri Nərmin Şadlinskaya, II əyani şöbə müdiri Sevinc İsmayılova, III əyani şöbə müdiri Aynurə Yaqubova, qiyabi şöbə müdiri Xəyalə Bayramova, metodist Lalə Qasımova və böyük laborant Ülkər Əliyeva yeni yaradılan Təqaüd Komissiyasının üzvü seçiliblər.

































































































