Leyla və Arif Yunusların xaricə getməsinə icazə verilmədi

Hazırda oxunan: Leyla və Arif Yunusların xaricə getməsinə icazə verilmədi

120860
Leyla Yunus və Arif Yunus müalicə almaq üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxamağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər.

Moderator.az-ın verdiyi xəbərə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

O bildirib ki, həkim ekspertin rəyinə əsasən Leyla Yunus xroniki hepatit, arterial hipertenziya, şəkərli diabet xəstəliklərindən əziyyət çəkir: “Öd kisəsindəki bir böyük daş pankreatit fəsadlarla şiddətli qarın ağrılarına səbəb olur və bu xəstənin xəstəxanada yerləşdirilməsinə, daşın çıxarılması üçün təcili əməliyyat olunmasına ehtiyac vardır.

Arif Yunus şiddətli, həyati təhlükəli arterial hipertenziya (3-cü dərəcə, 240/120), 2 dəfə iflicdən sonrakı vəziyyət, arxa boyun nahiyyəsində naməlum ağrılarlardan əziyyət çəkir, gələcək fəsadların, həmçinin xəstənin ölümünün qarşısının alınması üçün onun yüksək ixtisaslaşdırılmış xəstəxana şəraitində nəzarət altında olması zəruridir”x9d.
Yunusların müraciətinə bu gün Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə baxılıb. Məhkəmə ərizəni təmin etməyib.

E.Sadıqov deyib ki, qərardan apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, Leyla Yunus və Arif Yunus dövlətə xəyanət, dələduzluq, qanusnuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunub. Leyla Yunus 8 il yarım, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsinin qərarı ilə hər ikisi ev dustaqlığına buraxılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin