16 min tonluq böyük dayaq bloku dənizə YOLA SALINDI – ANBAAN VİDEO 

Hazırda oxunan: 16 min tonluq böyük dayaq bloku dənizə YOLA SALINDI – ANBAAN VİDEO 

120851

SOCAR-ın “Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilmiş “Azəri Mərkəzi Şərqi” (ACE) platformasının 16 min tonluq dayaq bloku dənizə yola salınması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənib.

Bizim.Media xəbər verir ki, dayaq bloku suyun 137 metr dərinliyində quraşdırılıb və dənizə yola salınıb. 

ACE platformasının dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğuya suvurma, neft ixracı və qaz ixracı üçün nəzərdə tutulmuş üç hasilat dik borusu daxildir. 
Qeyd edək ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsində istismar olunması üçün ASCO-nun “STB-1” barjında ötən il modifikasiya işləri aparılıb. Xəzər dənizinin ən böyük barjı sayılan “STB-1”in uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18 min tondur. 

Məlumat üçün bildirək ki, ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. İndiki qiymətlərlə götürəndə bu, sutkada 8 milyon dollarlıq neft deməkdir.

Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunması proqnozlaşdırılır.

Dayaq blokunun barjaya yüklənməsi əməliyyatının görüntülərini təqdim edirik:

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin