Prezident Samir Şərifovun beyninin məhsulu olduğu deyilən sənədi imzalamadı...

Hazırda oxunan: Prezident Samir Şərifovun beyninin məhsulu olduğu deyilən sənədi imzalamadı...

120815

Prezident İlham Əliyev xaricə pul köçürülməsinə məhdudiyyətləri nəzərdə tutan qanun layihəsini təsdiqləməyib. “Valyuta tənzimi haqqında”x9d Qanuna dəyişiklik imzalanmadan Milli Məclisə geri qaytarılıb.

Sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq, “Valyuta tənzimi haqqında”x9d Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il 19 yanvar tarixli Qanun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmadan Milli Məclisə geri qaytarılıb.

Bu barədə “Report”x9da Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçi Xidmətindən bildirilib.

Qeyd edək ki, “Valyuta tənzimi haqqında”x9d Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Bu qanun layihəsi manatın ikinci dəfə devalvasiyasından sonra gündəmə gəlmişdi. Qanun layihəsinin maliyyə naziri Samir Şərifovun təşəbbüsü olduğu bildirilir. S.Şərifov iki həftə öncə ANS-ə geniş müsahibəsində bu məsələ haqda danışaraq, məsələnin guya faydalı olduğuna dair təbliğat aparmışdı. 


O, fikrini belə əsaslandırmışdı ki, bu, xarici investorların qazancını ölkədən aparmasına mane olmayacaq, həmçinin yerli fiziki və hüquqi şəxslərə, sahibkarlara əngəl olmayacaq. Nazir iddia edirdi ki, bu, ölkədən “qara pulların”x9d çıxarılmasını əngəlləməyə hesablanıb. Yəni əgər kimsə ölkəyə xarici valyuta aparırsa, bu pulların mənşəyi bəlli deyilsə, yəni hansısa şirkət, hüquqi sənəd üzərindən deklorasiya olunmayıbsa, onun 20 faizi dərhal tutulmalı idi. 

Amma ekspertlər bu ideyanın tamamilə absurd olduğunu, heç bir məntiqə söykənmədiyini bildirirlər: “Bu qanun layihəsi dünya maliyyə sisteminə qarşı getmək demək idi. Əvvəla, korrupsiya yolu ilə əldə edilmiş vəsaitlərin ölkədən çıxarılmasının qarşısının alınması məsələsində bu qanun heç bir rol oynamayacaqdı. Çünki çirkli pulların ölkədən çıxarılmasının onlarla yolu var və korrupsionerlər bunu yaxşı bilirlər. Çirkli pulları heç kim deklorasiya etdirmir, müxtəlif kiçik məbləğlərdə onlarla hesab vasitəsilə kənara çıxarırlar. Yalnız maliyyə amnistiyası olardısa, bu qanunun haradasa bir effekti ola bilərdi. Ancaq indiki şərtlər daxilində bu ideya yalnız fiziki şəxsləri, sahibkarları çıxılmaz duruma salacaqdı. Məsələn, hazırda onlarla adam hər hansı bir şirkəti olmadan, fiziki şəxs kimi hər il ölkəyə nəinki 50 min, hətta 5 milyon dollar civarında məhsul gətirir. Onun da iş prinsipi budur, xırda bir biznesdən başlayıb, indi də fiziki şəxs kimi onu böyüdüb. İndi belə çıxır ki, həmin adamın idxal etdiyi məhsulların pulunu ödəmək üçün xaricə çıxardığı ümumilikdə 5 milyonunun 1 milyonunu tutub əlindən alacaqdılar. Bu onunla nəticələnəcəkdi ki, iş adamı ya müflis olacaqdı, ya da həmin 1 milyonu qiyməti bahalaşdırmaqla çıxarmağa çalışacaqdı”x9d.


Ekspertin deməsinə görə, bu qanun sadə vətəndaşları da çətin duruma sala bilərdi: “Ölkədən hər il onlarla adam müalicəyə gedir. İndi biri əməliyyat olunmaq üçün hansısa xəstəxanaya 100 min dollar pul köçürürsə, hökumət onun 20 minini hansı məntiqlə dərhal tutacaqdı? Yaxud da mənim master-kart hesabımda 100 min dollarım var, getmişəm xaricə, orada həmin kartdan 20 min dollar xərcləmişəm, özümə maşın almışam və sair. Onda belə çıxır hesabımın 20 faizini dərhal siləcəkdilər? Bu hansı normaya uyğun gəlir? Rusiyaya sanksiyalar tətbiq edilən vaxt onlar master-kartları acığa düşüb 1 həftəlik eyni məntiqlə dondurdular ki, heç kim ölkə daxilindən Avropaya pul çıxara bilməsin. Bu, Rusiya iqtisadi-sosial həyatında dərhal xaos yaratdı. Görün, Azərbaycanda nə baş verə bilərdi”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin