"Bu gün ilk dəfə haqqımda müsbət fikirlər söyləmiş Jalə Cəfərovanın yazısına cavab:
Özümü həmişə iradəli, dözümlü insan saymışam. Uşaqlarımın, barələrində olan hansısa ədalətsizliyə etirazını görəndə, demişəm ki, 20 ildən çox Azərbaycanda yaşadığım müddətdə haqqımda deyilənləri eşitmisiniz, deyilənlərə fikir verməyin, haqlı bildiyiniz yolunuza davam edin. Hər dəfə də Anamla olan söhbətimizi təkrarlamışam.
Məktəb illərində həddindən artıq dalaşqan olmuşam. Hər dəfə cırılmış köynəklə evə gələndə, səbəbini soruşan anama izahını vermişəm. Səbəb və izahım təxminən eyni olub. Kimlərsə qızlara yersiz sözlər deyib, yaxud zəifləri güclülər döyüb, mən isə həmişə onları müdafiə etmişəm. Bu addımlarıma görə hər dəfə təklikdə qalıb döyülənlər tərəfindən müdafiəsiz olanda anama demişəm ki, bir daha heç kimi müdafiə etməyəcəm. Hər dəfə cırıq köynəyimi əlində tutub cavab gözləyən anama demişəm ki, bu axırıncı dəfədir.
Bundan sonra heç nəyə qarışmayacam. Hər dəfə anamın cavabı eyni olub: “Anan ölsün, hər şeyi düz edibsən, ancaq çalış dumbuzlaşmadan bunu həll et. İzah elə ki, qızları incitmək olmaz, zəiflərə əl qaldırmaq olmaz”x9d. Hər dəfə də anama söz vermişəm. Növbəti dəfələrdə deyəndə ki, “ay Ana, izah etməklə alınmır, daha dalaşmayacam”x9d. Deyərdi ki, “Ay bala, namərd namərdliyindən əl çəkmirsə, sən heç vaxt mərdliyindən əl çəkmə! Amma yenə də yavaş vur ki, evə şikayətə gəlməsinlər”x9d. Bu söhbətlərin çoxlu şahidləri var, o cümlədən bu gün Bakıda böyük imkan sahibi olan, Qarayazıda (Qardabani) böyümüş iş adamı da var. Bir gün onu da döyüb qolunu qıranda, günahkarların cavabını verib, özünü belimdə Ulukişili deyilən kənddən Qardabaniyə gətirdiyimi bir neçə il bundan əvvəl özü yadıma salıb.
Azərbaycana gəldiyimdən də həmişə eyni vəziyyətdə olmuşam. Daim haqqı pozulan hər kəsi müdafiə etməyə çalışmışam. Əksər hallarda heç quru SAÄž OL sözünü belə eşitməmişəm, bir çox hallarda həmin şəxslər “bu hökümətin adamı olmasa belə yaxşı yaşamazdı, onu çoxdan tutardılar”x9d deyiblər. Axır vaxtlar bütün bunlardan təsirlənib Hitlerin adına çıxdıqları “İnsanları tanıdıqca itlərə məhəbbətim artır”x9d sözlərini belə tez-tez təkrarlayırdım. Bir neçə gün bundan əvvəl “REAL”x9d hərəkatının dəvət etdiyi tədbirdə bir gəncin mənə “Aslan müəllim, hansı səbəbdən bu qədər tənqidlərə baxmayaraq bu gün də azadlıqdasınız”x9d sualına əsəbi cavab verib bildirdim ki, bunun səbəbi birdir, “Heç vaxt heç kimə paxıllıq etməmişəm, həmişə hamıya xoş günlər arzulamışam, ən asası içim təmiz olub. Həyatda xoşbəxt olmağın səbəbinin ətrafımda olanlara xoşbəxtlik arzulamaq olduğunu dərk etmişəm”x9d.
Sonra həmin tədbirdə olanlara müraciət etdim ki, araşdırsınlar bu günə qədər Azərbaycanda olan onlarla hüquqşünaslar barədə dediyim xoş sözlərin əvəzində haqqımda (haqsızlıq edib vəkil Akif Əlizadədəni unutmuşam) bircə nəfər hüquqşünasın xoş sözü varsa gözümə soxsunlar. Həqiqətən son vaxtlar haqqımda olan iradlardan, ittihamlardan sanki yorulmuşdum... Az qala inanırdım ki, “El üçün ağlayanın gözü kor olar”x9d deyimi düzdür. Ancaq 60 illik həyatımın da yalnış, Anamın səhf olduğuna inanmaq istəmirdim. Bu gün Jalə xanımın yazısı sanki yarama məlhəm oldu.
Yenidən anamın düz olduğuna , düz yaşadığıma inandım. Jalə xanım yazısında çox təvazökarlıq edib. O hadisələr təxminən belə olub. Həmin görüşdə Adil Əliyev özü və qoçuları onun həyətində keçirilən görüşdə məni pərt etmək niyyətində idilər. Görüşə gələn idmançılar, (A.Əliyevin şapalaq vuranları) hazırlıqlı insanlar addımbaşı məni təhqir edib aşağılamaq istəyirdilər. Bir neçə çıxışdan sonra tanımadığım bir xanım məni aşağılamaq istəyənlərin ünvanına layiq olduqlarını deyib, haqqımdakı xoş sözlərdən sonra üzünü onlara tutub dedi “Bir dəfə Aslan İsmayılov kimi KİŞİ olun”x9d. Bundan sonra mənim “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı" kitabının daim tabliğatı ilə məşğul oldu. Həqiqətən qeydiyyatla bağlı yazdığı məqamı xatırlamıram. Ancaq sonralar kitabla bağlı əziyyətini gördükdən sonra Jalə xanımın ölkədə tanınmış tibb professoru, şərəfli bir kişinin həyat yoldaşı olduğunu bildim.
Bu gün Jalə xanıma təşəkkür edib bildirirəm, sağ olun ki, varsınız! Sağ olun ki, bu gün mənim Analara olan məhəbbətimi bir daha sübut etdiniz. Sağ olun ki, bir daha əmin olduğum hər uğurlu Kişinin arxasında bir gözəgörünməz xanımın olduğunu sübut etdiniz. Sağ olun ki, Azərbaycanın adlı məmləkətin qeyrətli xanımlar sayəsində adət-ənənələrinin qorunduğunun göstərdiniz.
Sonda, Jalə xanımın barəmdə yazdıqlarını Sizinlə də bölüşürəm: //www.facebook.com/photo.php?fbid=1055641611158736&set=a.596306147092287.1073741928.100001387224175&type=3&theater
P.S. Nərimanov rayon məhkəməsində vəkillikdən xaric olunmağımla bağlı işə baxılanda məhkəmənin yeri və vaxtını göstərməklə hər iki səhifəmdə elan yazdım. O vaxtlar hər iki səhifəmdə 80 min izləyici var idi. Məhkəmə iclasına 8 nəfər gəldi... Əminəm ki, həmin məhkəmələrə 80 min yox, 8 min də demirəm, cəmi 1%, yəni 800 nəfər gəlsə idi, məni vəkilliyə bərpa edərdilər.
Aslan İsmayılov, tanınmış hüquqşunas































































































