“ASAN xidmət” “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” mükafatına layiq GÖRÜLDÜ

Hazırda oxunan: “ASAN xidmət” “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” mükafatına layiq GÖRÜLDÜ

120798

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 10-cu Dünya Hökumət Sammitində “ASAN xidmət” “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilib və xüsusi mükafata layiq görülüb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, mükafat Dubay Əmirliyinin vəliəhd şahzadəsi Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevə təqdim olunub.
“Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Birləşmiş Ərəb Əmirlikləri Hökumətinin təşəbbüsü ilə Dünya Hökumət Sammiti çərçivəsində dünyada qabaqcıl hökumət təşəbbüslərinin qiymətləndirilməsi, dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaları təşviq etməklə uğurlu təcrübələrin mükafatlandırılması məqsədilə təsis olunub.

Dünyada bu formatda və növdə təsis olunmuş ilk mükafat olan “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” mükafatı üzrə qalib olan Azərbaycan 80 namizəd ölkə arasından seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin