Zəlzələdə həlak olan Şahin Vəliyev Gəncədə dəfn olundu – FOTO 

Hazırda oxunan: Zəlzələdə həlak olan Şahin Vəliyev Gəncədə dəfn olundu – FOTO 

120785

Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdən sonra dağıntılar altında qalaraq həlak olan azərbaycanlı tələbə Şahin Vəliyev Gəncədə dəfn olunub.

Bizim.Media-nın yerli bürosu  xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, şəhər rəhbərliyi, Gəncə ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.  

Ş.Vəliyev "Səbiskar" qəbristanlığında dəfn olunub.

11:49

Türkiyənin Malatya şəhərində zəlzələdən sonra dağıntılar altında qalaraq həlak olan azərbaycanlı tələbə Şahin Vəliyevlə vida mərasimi keçirilir. 

Bizim.Media xəbər verir ki, 21 yaşlı Ş.Vəliyev bu gün Gəncədə torpağa tapşırılacaq.

Ş.Vəliyev Yeni Səbiskar qəbristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, 21 yaşlı Ş.Vəliyev Malatya İnönü Universitetində İdman menecerliyi ixtisasında oxuyub. O, Malatya şəhərinin Zəfər məhəlləsində yaşayıb.

Ş.Vəliyevin  dağıntılar altından çıxarılan meyitini dayısı təsdiq edib. 21 yaşlı tələbənin cənazəsi bu gecə vətənə gətirilib.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan İnönü Universitetinin 4 azərbaycanlı tələbələsi - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzanin meyiti tapılıb. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin