16 fevral 2021-ci il tarixində Mingəçevir şəhəri H.Əliyev prospektində 1992-ci il təvəllüdlü Lətifova Əminə Rasim qızı Kür çayının üzərində yerləşən körpüyə çıxaraq intihar məqsədilə özünü çaya atıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən verilən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Torpaq sürüşməsi nəticəsində 20 nəfər itkin düşdü
Məlumata görə, həmin vaxt təsadüfən ərazidə olan nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupunun məzuniyyətdə olan xilasedicisi Dosməmmədov Dosməmməd Qəhrəman oğlu heç bir xilasetmə vasitəsi olmadan suya tullanaraq vətəndaşın həyatını xilas edib.
Bizim.Media