Arif Alışanov şairi müavin təyin etdi...

Hazırda oxunan: Arif Alışanov şairi müavin təyin etdi...

120682
Tanınmış telejurnalist, şair-publisist Bəxtiyar Qaracaya Azərbaycan Dövlət Televiziya və Radio Yayımları Şirkətində vəzifə verilib.

O, kanalın rəhbəri Arif Alışanovun müvafiq əmri ilə Mədəniyyət kanalına direktor müavini təyin edilib. AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova faktı təsdiqləyib.

Məlumat üçün bildirək ki, B.Qaraca bundan əvvəl “Azərbaycan”x9d qəzetində çalışırdı. Qəzetdən əvvəl isə telejurnalist uzun illər AzTV-də çalışıb.

Onu da bildirək ki, bir müddət əvvəl mətbuatda A.Alışanovun 2006-2009-cu illərdə işdən qovduğu baş redaktorları geri qaytarması ilə bağlı yazılar dərc olunmuşdu. Həmin yazılarda bildirilirdi ki, bir vaxtlar Gənclik Proqramları redaksiyasından uzaqlaşdırılan şair Bəxtiyar Qaraca da ötən ilin sonunda Arif Alışanovla görüşüb və onun yenidən televiziyaya qaytarılması ilə bağlı müzakirələr aparılıb.(aznews.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin