Dövlət əleyhinə çağırışlar edən şəxsin işi məhkəməyə göndərildi - RƏSMİ

Hazırda oxunan: Dövlət əleyhinə çağırışlar edən şəxsin işi məhkəməyə göndərildi - RƏSMİ

12066

Ölkəmizin milli təhlükəsizliyinə, habelə respublikamızın konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına yönəlməklə antiazərbaycan qüvvələrə və onların maraqlarına xidmət edənlərin xaos, anarxiya və təxribat cəhdlərinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əlaqəli şəkildə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi


Məlumata görə, həyata keçirilən tədbirlərin davamı kimi, Niyaməddin Əhmədovun qanunsuz əməllərinə dair daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaqla törətmiş olduğu cinayətə görə məsuliyyətdən boyun qaçırmaq məqsədilə Niyaməddin Əhmədovun 22.05.2017-ci il tarixdə Azərbaycan Respublikasını tərk edib Almaniya Federativ Respublikasında istintaqdan gizlənən tanışı Qabil Məmmədovla birlikdə «YouTube» videopaylaşma sistemində qeyri-məhdud sayda şəxslər dairəsinə yönəlməklə ölkəmizdə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə eyni məqsədlə hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlar törədilməsi ilə bağlı açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Niyaməddin Əhmədova Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28,281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlara etməyə hazırlıq) və 233-1.2.1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) maddələri ilə ittiham elan olunmaqla, barəsində həbs qətimkan tədbiri seçilib.


Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin