BİZİM TƏQVİM: Azərbaycanda ilk Uşaq Evinin yaradıcısı kim olub?

Hazırda oxunan: BİZİM TƏQVİM: Azərbaycanda ilk Uşaq Evinin yaradıcısı kim olub?

120654

1959-cu il Kuba İnqilabı nəticəsində Fülqensio Batistan (Fulgencio Batista) yanvarın 1-də rəhbərlikdən uzaqlaşdırıldıqdan sonra 16 fevralda hakimiyyətə Fidel Kastro (Fidel Castro) gəldi. Batista diktaturasını yıxmaq üçün 1953-cü ildən fəaliyyətə başlayan F.Kastro Kuba İnqilabının ən mühüm adlarından biri idi. Onun, iqtidara gələr-gəlməz, ilk işi ölkədə qiymətləri və kirayələri endirməsi, bir sözlə, ucuzluq yaratması oldu. Torpaq islahatı keçirərək böyük əraziləri milliləşdirdi, ictimai fermalar qurdurdu. 

Tezliklə Kastro rəhbərliyi ilə ABŞ arasında kəskin fikir ayrılığı yarandı və Kuba zaman keçdikcə Amerikanın ən böyük düşmənlərindən biri oldu.

1961-ci ildə ABŞ-ın “Donuzlar körfəzi” hərbi əməliyyatından təxminən 1 il sonra (1962) Kuba hökuməti Sovet raketlərinin ölkəyə yerləşdirilməsinə icazə verdi. Bununla da Kastro uzun illər Amerika-SSRİ ixtilafının mərkəzində qaldı.

Fidel Kastro 2008-ci ildə etdiyi açılama ilə Kuba dövlət katibi vəzifəsindən ayrıldığını elan etdi. 0, 25 noyabr 2016-cı ildə uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Bəs, 16 fevralda daha hansı hadisələr baş verib?

1. 1916-cı ilin bu günündə Birincü Dünya Müharibəsi gedişində Qafqaz istiqamətindən hücumunu davam etdirən Rus qoşunları Türkiyənin Ərzurum bölgəsini işğal edib.

2. 1918-ci il 16 fevralında Litva Rusiyadan ayrılaraq müstəqilliyini elan edib. Lakin 1940-cı ildə bu Baltikyanı ölkə “Ribbentrop - Molotov” adlanan sazişə görə, SSRİ-nin tərkibinə salınıb. Litva respublikası ikinci dəfə 1990-cı ildə öz suverenliyini bərpa edib.

3. Türkiyədə hava yolları sənayesini qurmaq, hərbi, mülki, idman və turizm aviasiyanını inkişaf etdirmək üçün 1925-ci ilin 16 fevralında "Türk Tayyare Cemiyeti" yaradılıb. "Türk Tayyare Cemiyeti" Türkiyənin ilk qadın pilotu Sabiha Gökçen kimi tanınmış təyyarəçilər yetişdirib. "İstiqbal göylərdədir" deyərək aviasiyanın əhəmiyyətini vurğulayan Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təlimatı ilə yaradılan cəmiyyət 1935-ci ildə Türk Hava Qurumu adlanıb.

4. 16 fevral 1933-cü ildə Çexslovakiya, Rumıniya və Yuqaslaviyanın iştirakı ilə faşist Almaniyasına qarşı “Kiçik Antanta” İttifaqı yaradılıb. 

5. 16 fevral 1945-ci ildə Venesuela Almaniya və Yaponiyaya müharinə elan edib. Ümumiyyətlə, İkinci Dünya Müharibəsinin sona çatması ərəfəsində - 1945-ci ilin fevral ayı ərzində Paraqvay, Ekvador Peru, Çili, Uruqvay, Türkiyə, Misir, Livan, Suriya və Səudiyyə Ərəbistanı da Almaniya və Yaponiyaya müharibə elan etmişdilər.

6. 1956-cı ilin bu günündə Britaniyada ölüm hökmü ləğv edilib.  Bu, Avropa ölkələri içərisində ölüm hökmünün ləğvinə dair ilk addımlardan biri idi.

7. 1999-ci ilin 16 fevralında Özbəkistannın paytaxtı Daşkənddə ölkə prezidenti İslam Kərimova qarşı sui-qəsd cəhdi edildi. İ.Kərimov təsadüf nəticəsində xilas oldu.

16 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. İstanbulu fəth edərək köhnə dövrü bağlayan və yeni çağ açan Fateh Sultan Mehmetin müəllimi Akşemsettin 1459-cu ilin 16 fevralında vəfat edib. Ensiklopedik biliyə sahib Akşemsettin təsəffüf elmində olduğu kimi, tibb sahəsində də böyük alim idi. O, təkcə fiziki deyil, ruhi xəstəlikləri də müalicə edirdi.

2. Görkəmli Azərbaycan memarı Zivərbəy Əhmədbəyov 1925-ci ilin bu günü dünyadan köçüb. Zivərbəy Əhmədbəyov Azərbaycan xalq memarlığının Şərq və Avropa memarlığı ilə üzvi surətdə əlaqələndirib. 1917-ci ildə “İslam incəsənəti abidələrinin həvəskarları və mühafizləri cəmiyyəti”ni yaradıb. 1919-cu ildə Şamaxının bərpası üçün Yeni Şirvan cəmiyyətini təşkil edib. (1873-1925)

3. Azərbaycan Musiqili Teatrının banilərindən və milli opera sənətinin yaradıcılarından biri olan Hüseynqulu Sarabskinin bu gün xatirə günüdür. O, 1879-cu ildə Bakıda dünyaya gəlib.

4. 1884-cü ildə Gəncədə dünyaya gələn, pedaqoq, Azərbaycanın Əməkdar müəllimi Bahar Ağalarovanın bu gün xatirə günüdür.  Azərbaycanda ilk Uşaq Evinin təşkilatçısı olan Bahar xanım bir çox orden və medallarla təltif edilib.

5. Tanınmış Azərbaycan sənətşünası Əbdülvahab Salamzadə 1916-cı ilin 16 fevralında dünyaya gəlib. Arran və Təbriz memarlıq məktəblərinin geniş elmi tədqiqatı onun adı ilə bağlıdır. “Azərbaycan memarlığının tarixi”, “Azərbaycan memarlığı” və digər elmi əsərlərin əsas müəlliflərindəndir. (1916-1983)

6. Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan SSR EA akademiki, Azərbaycan SSR əməkdar elm xadimi Şamil Əzizbəyov 16 fevral 1906-cı ildə doğulub.

7. Azərbaycanın coğrafiya tarixində şərəfli yer tutan böyük simalardan biri, coğrafiya elmləri doktoru, professor Əbdürrəhman Hacızadə16 fevral 1920-ci ildə anadan olub. Onun ən böyük elmi nailiyyətləri Azərbaycanda güclü iqtisadi coğrafi məktəb yaratması, ərazi-istehsal və ərazi-sənaye komplekslərinin ölkədə ən böyük tədqiqatçısı olması, ölkəmizi dünyaya tanıtması, yüksək ixtisaslı kadrlar hazırlaması olmuşdur.

8. Görkəmli alim, Tibb elmləri doktoru, provessor ATU-nun Travmatologiya və ortopediya kafedrasının müdiri, İlizarov aparatını Azərbaycanda ilk dəfə tədbiq edən Əhməd Əhmədzadə 1946-cı ilin bu günündə dünyaya göz açıb.

9. Bu gün Azərbaycanlı pedaqoq Bahar Ağalarovanın da xatirə günüdür. Azərbaycanda ilk Uşaq Evinin təşkilatçısı olan Bahar xanım bir çox orden və medallarla təltif edilib. Yazıçı Yusif Əzimzadənin “Anacan” pyesində Bahar Ağalarovanın həyat və fəaliyyətindən bəhs olunur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin