“Metroda sərnişinlərin həyatına TƏHLÜKƏLİ VƏZİYYƏT yaranıb” - EKSPERT

Hazırda oxunan: “Metroda sərnişinlərin həyatına TƏHLÜKƏLİ VƏZİYYƏT yaranıb” - EKSPERT

120605

“Bakı metrosunda səs normadan xeyli artıqdır və bu hal insan sağlamlığı üçün hədsiz təhlükəlidir”. 

Bunu Bizim.Media-ya açıqlamasında AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, Bakı Metropoliteni ərazisində apardıqları ölçmələr nəticəsində səs diapozonunun 80 desibelden (dB) artıq olduğu ortaya çıxıb:

“Dünya Səhiyyə Təşkilatının qərarına görə ətrafda olan səs diapozonu 50 dB-dən artıq olduqda insan üçün zərərlidir. Bizim Səhiyyə Nazirliyi bu normanı əlavə olaraq 56 desibelə qədər artırıb. Hazırda isə bu rəqəm metroda 80 dB-dən aşağı deyil. Bu nəticəni almaq üçün Bakı şəhərində metroda ayrı-ayrı hissələrdə ölçmələr aparmışıq. Biz bu işi davam etdirmək niyyətindəyik. Səsin daha çox hansı hallarda (qatar dayananda, yaxud köhnə qatarda, siqnal vaxtı, yaxud perrondamı daha çox olur) yarandığını ətarflı ölçəcəyik və qrafik hazılayacağıq”.

Qeyd edək ki, tədqiqatlar yüksək səsin insan sağlamlığına mənfi təsir etdiyini ortaya qoyub: 

“Səs, yəni normal səs-təbiət, su səsi, quşların səsi insan üçün faydalıdır. Bunun əksinə yüksək səs-küy fəsadlar yaradır. Şəhər əhalisi səs-küydən daha çox əziyyət çəkir, çünki davamlı səsə məruz qalır. Səs-küy eşitmə qabiliyyətini zəiflədir, sinir sistemini qıcıqlandırır, çoxsaylı xəstəliklərin yaranmasına yol açır. İnsan orqanizmi səs-küyə fərqli reaksiya göstərir. 68 - 92 dB səs-küy sinir sisteminin müəyyən xəstəliklərinə səbəb olur. Səs səviyyəsinin 84 - 88 dB-li keçməsi qan təzyiqinin artmasına səbəb ola bilər. Nəqliyyat və tikinti işlərindən gələn səslər isə sağlamlığa daha mənfi təsir göstərir”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin