Naxçıvana səfər edənlərin NƏZƏRİNƏ - Ağbulaq İstirahət Mərkəzi qonaqların yolunu gözləyir – VİDEO 

Hazırda oxunan: Naxçıvana səfər edənlərin NƏZƏRİNƏ - Ağbulaq İstirahət Mərkəzi qonaqların yolunu gözləyir – VİDEO 

120545

Qış aylarında bir çox bölgələrimiz kimi Naxçıvanın Ağbulaq kəndi də öz füsunkar gözəlliyi ilə görənləri heyran edir.

Bizim.Media xəbər verir ki, kənddə yerləşən eyniadlı Ağbulaq İstirahət Mərkəzi bura səfər edənlərə öz xidmətini təklif edir.

Xüsusilə də, havanın qarlı və şaxtalı olması mərkəzə turist axınının artmasına səbəb olub.

Ağbulaq İstirahət Mərkəzində qış turizmi üçün bütün imkanlar yaradılıb. Belə ki, qonaqların xizək sürməsi, kanat turuna çıxması və qar motoru ilə bölgəni gəzə bilməsi üçün lazımi şərait yaradılıb.

İstirahət Mərkəzində böyüklərin istirahəti ilə yanaşı uşaqların əyləncəsi üçün atraksionlar quraşdırılıb.

Ağbulaq İstirahət Mərkəzi xidmət keyfiyyəti ilə yanaşı qiymətlərinə görə də əlverişlidir.

Oteldə iki nəfərlik otaqlar üçün bir günlük qiymət səhər yeməyi daxil 70 manatdır. Koteclər üçün bir gecəlik qiymət 90, uşaqlar üçün isə 20 manatdır.

Bizim.Media
 














© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin