Azərbaycanlı tələbələrin meyitləri tibbi ekspertizadan sonra TƏHVİL VERİLƏCƏK 

Hazırda oxunan: Azərbaycanlı tələbələrin meyitləri tibbi ekspertizadan sonra TƏHVİL VERİLƏCƏK 

120507

Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrin meyitləri tibbi ekspertizadan sonra ailələrinə təhvil veriləcək.

Bizim.Media xəbər verir ki, bunu report.az-a Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır bildirib.

O, qeyd edib ki, hazırda gənclərin nəşi Malatya Prokurorluğunun nəzarəti altında tibbi ekspertizaya aparılıb. Proses bir neçə gün davam edəcək.

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra dünən tapılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin