"Bir sıra sosial media istifadəçiləri təəssüflər olsun ki, 2020-ci ildə Təhsil Nazirliyinə alınan mebel avadanlıqlarının məbləği ilə bağlı həqiqətə uğyun olmayan böhtan xarakterli məlumatlar səsləndirirlər".
Bizim.Media xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
MÖVZU İLƏ BAĞLI:
"IX sinifdən sonra təhsilini davam etdirməyən xeyli gənc var" - Emin Əmrullayev
Onun sözlərinə görə, bununla bağlı vaxtilə sosial mediada yer alan yanlış sualları cavablandırıblar:
"Eyni zamanda bu yalan məlumatlar hələ də tirajlanır. Cəmiyyətdə bu tip yalan məlumatların qəsdən yayılması və ictimai diqqətin yanlış istiqamətə yönəldilməsi təssüf doğurur.
Bir daha xatırlatmaq istərdik ki, 2020-ci ildə Təhsil Nazirliyinin aparatının mebel alışı 16 1109.04 (on altı min doqquz manat dörd qəpik) təşkil edib".
Bizim.Media