Gömrük Komitəsinin sədri təyin olunan Şahin Bağırov kimdir? - DOSYE

Hazırda oxunan: Gömrük Komitəsinin sədri təyin olunan Şahin Bağırov kimdir? - DOSYE

120443

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. Digər sərəncamla o, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

Bizim.Media xatırladır ki, Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə anadan olub. 

O, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.

1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edildi


Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.

2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenı alıb.

2014-cü il fevralın 3-də prezidentin müavfiq sərəncamı ilə ona gömrük xidməti general-leytenantı rütbəsi verilib.

2014-cü ilin yanvar ayından sabiq sədr Aydın Əliyevin müavini vəzifəsində çalışıb və 2018-ci ilin iyul ayında prezidentin sərəncamı ilə işdən çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin