Ömrünü iki dəfə başa vurmuş “XRUŞOVKA”LAR – “5-6 ballıq zəlzələ bu binaların sonunu gətirə bilər”

Hazırda oxunan: Ömrünü iki dəfə başa vurmuş “XRUŞOVKA”LAR – “5-6 ballıq zəlzələ bu binaların sonunu gətirə bilər”

120418

“Xuruşovka” deyilən binalar ötən əsrdən bizə qalan ağrılı bir mirasdır. Çox təəssüf ki, bu “miras”dan hələ də qurtula bilmirik. Bu ötən əsrin 50-ci illərində keçmiş SSRİ-də həyata keçirilən bir inşaat layihəsi idi. O zaman Sovet höküməti Misirdə Asuan bəndini inşa edirdi.

O tikintidə çalışan çoxminli sovet vətəndaşlarının müvəqqəti yaşaması üçün SSRİ-nin rəhbəri Xuruşovun tapşırığı ilə yığılıb-sökülən panel plitələr hazırlanmağa başlanıldı. Sonradan baxdılar ki, o dövür üçün uğurlu layihədir.
Başladılar İttifaqın hər yerində bu tip evləri inşa etməyə. Bu binaların istismar müddəti 30 ildir. Amma bizdə 70 ilə yaxındır ki, bu binalar istismar edilir.

Ofis və ticarət obyektinə çevrilən mənzillər

Bu binalardan sui-istifadə edənlər texniki-təhlükəsizlik qaydalarına qətiyyən riayət etmirlər. Bu gün paytaxtın mərkəzi hissələrində olan “Xuruşovka”ların birinci mərtəbələri bütünlüklə ofis və ticarət obyektinə çevrilib.

Təbii ki, işbazlar mənzillərin profilini dəyişdiyi kimi otaqların strukturunu da “rekanstruksiya” ediblər. Binaların daşıyıcı divarları dağıdılaraq genişləndirmə işlədi aparılıb. Bundan əlavə yuxarı mərtəbələrdəki mənzillərə artırmalar edilib.

Bu da binanın əlavə yüklənməsinə səbəb olub. Son nəticədə isə edilən bu “rekanstruksiyalar” binanın uçma təhlükəsini artırıb. Bu da o deməkdir ki, 5-6 ballıq zəlzələ bu binaların sonunu gətirə bilər.

Məsələ ilə bağlı seysmoloq Ənvər Əliyevlə həmsöhbət olduq. Bizim.Media-ya açıqlamasında bildirdi ki, bu binalar artıq ikinci ömürlərini başa vurublar:

“Bu binalar real təhlükə mənbəyidir. Eşidirik, görürük ki, “Xuruşovka”ların divarınI sökürlər, əlavə qapı-pəncərə açırlar.

Bu da tikinti qaydalarının ciddi şəkildə pozulması deməkdir. Doğrudur, “Xruşovka”ların sökülməsinə başlanılıb. Amma bu prosesi sürətləndirmək lazımdır. Yoxsa istənilən orta gücə malik zəlzələ zamanı biz də dəhşət yaşaya bilərik”.
Ənvər Əliyev onu da əlavə edib ki, Türkiyədə baş verən zəlzələni analiz edərkən görürük ki, bizim ölkəmizdə də tikinti sahəsində qüsurlar kifayət qədərdi. 

“Unutmalı deyilik ki, Azərbaycan seysmoloji ərazidə yerləşir. Və istənilən anda biz bu təbiət sınağı ilə üz-üzə qala bilərik. Necə deyərlər zəlzələ başımızın üstündə asılmış Domokl qılıncıdır. Ona görə də hər gün bu məsələ barədə müzakirə aparılmalı, problemləri açıq deməliyik. O cümlədən də “Xruşovka” ların mövcud durumuna diqqət yetirilməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin