Metronun qarşısında anasını qətlə yetirən yeniyetməyə hökm OXUNDU

Hazırda oxunan: Metronun qarşısında anasını qətlə yetirən yeniyetməyə hökm OXUNDU

120414

Bakı Ağır Cinayətlər Məhkəməsində küçədə anasını qətlə yetirməkdə təqsirləndirilən 15 yaşlı İdeal Məmmədzadənin işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Məmmədzadə 5 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, "Neftçilər" metrostansiyasının yaxınlığında baş verib. 15 yaşlı İdeal Məmmədzadə anası, 37 yaşlı Ülviyyə İsmayılovanı bıçaqlayaraq öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və İ. Məmmədzadə saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin