Xəstəxanalarda onlayn növbə götürmək mümkün olacaq

Hazırda oxunan: Xəstəxanalarda onlayn növbə götürmək mümkün olacaq

120374

“E-tebib mobil tətbiqi vasitəsi ilə tibb müəssisələrində onlayn növbə götürmək mümkün olacaq”.

Bizim.Media xəbər verir ki, bunu bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu proses tibb müəssisələrində icbari tibbi sığortadan istifadə edənlər üçün növbə prosesinin asanlaşdırılması məqsədi daşıyır: 

"İcbari tibbi sığortadan istifadə edənlərin sayı artdığından xəstəxanalarda və digər tibb müəssisələrində növbələr yaranır. Bu problemi həll etmək üçün "e-tebib" tətbiqində tibb müəssisələrində onlayn növbə götürülməsi üçün bölmə yaradılır. Həmin bölmə yaxın vaxtlarda istifadəyə veriləcək və xəstəxanalarda növbə problemi aradan qalxacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin