Deputat oğlunun Dubaydakı biznesi: Yaxtalar, eksklüziv maşınlar... - ARAŞDIRMA

Hazırda oxunan: Deputat oğlunun Dubaydakı biznesi: Yaxtalar, eksklüziv maşınlar... - ARAŞDIRMA

120372

Möhtərəm oxucu!xa0Əgər Sizxa0AMEA İnsan hüquqları institutunun direktoru, deputat Aytən Mustafayevaxa0haqqında internetdə kiçicik bir araşdırma aparsanız, onun müsahibələrinin birində bu cümləyə rast gələcəksiniz:xa0“Mənim maaşım 500 manatdır. Təsəvvür edirsinizmi, elmlər doktoru və institut direktorunun maaşı hansı səviyyədədir?”x9d

Əlbəttə, Aytən Mustafayevanın dövlətdən, hakimiyyətdən, hökumətin elmlər doktoruna, institut direktoruna verdiyi maaşdan narazılığını başa düşmək mümkün deyil. O sadə səbəbə görə ki, həmin müsahibəni verdiyi zamanlarda Aytən Mustafayeva həm də 21 saylı Nəsimi Seçki Dairəsindən deputat idi. Milli Məclis üzvü kimi, Azərbaycanda ən yüksək maaş alan şəxslərdən sayılırdı.xa0O, deputat mandatını məhz elmlər doktoruna və institut direktoruna verdiyi maaşa görə istehza hədəfinə çevirdiyi hökumətin yandırdığı “yaşıl işıq”x9d sayəsində qazanmışdı.xa0Çağırış müddətinin başa çatmasına az qalmışsa,xa0etiraf edəcəkdi ki, Milli Məclisdə çıxışa yazılmaq üçün düyməni basmağı hələ də öyrənə bilməyib.xa0Amma bu, Aytən Mustafayevanın 2015-ci ildə yenidən namizəd və deputat olmasına əngəl yaratmadı.

Mustafayeva 16 saylı Yasamal İkinci Seçki Dairəsinin təmsilçisi kimi, Milli Məclisin yeni tərkibdə keçirdiyi ilk iclasların birində həvəslə çıxışa yazıldı. Görünür, düyməni basmağı öyrənib-öyrənmədiyini sınaqdan keçirmək istəyirdi. Ağzını elə təzəcə açmışdı ki, Milli Məclisin spikeri Oqtay Əsədovun sərt təpkisinə məruz qaldı:xa0“Çıxışxa0edəndə, bilin ki, harada çıxış edirsiniz!”x9d.

İnstitut direktoru kimi Prezident Administrasiyasının rəhbəri, görkəmli akademikxa0Ramiz Mehdiyevin, deputat kimi isə Milli Məclis sədrixa0Oqtay Əsədovun açıq və kəskin tənqidlərinə məruz qalmış Aytən Mustafayeva “yeni dairəsində”x9d də seçicilərlə effektiv ünsiyyət qura bilmir. Fakt:xa0Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin kollektivinin 25 yanvar 2016-cı ildə ölkə başçısı İlham Əliyevə ünvanladığı açıq məktubda Aytən Mustafayevanın elementar hüquqi biliklərə malik olduğuna şübhə ifadə edilir!

Ancaq Aytən Mustafayeva bütün bu tənqidlərdən nəticə çıxarmaq, institut direktoru,xa0 parlament üzvü kimi siyasi hakimiyyətin ona göstərdiyi böyük etimadı doğrultmağa çaba sərf etmək əvəzinə, absurd iddialarla öz rəqiblərini və tənqidçilərini məhkəməyə verir.xa0Sən demə, parlament seçkiləri dövründə 16 saylı Yasamal II Seçki Dairəsindən namizəd olaraq mənim Aytən Mustafayevanın gəlir deklarasiyasının araşdırılması ilə bağlı MSK-ya etdiyim şikayət onun psixologiyasında mənfi reaksiyalara, sarsıntı və iztirablara səbəb olubmuş. Hər halda özü belə yazır iddia ərizəsindəxa0(Yeri gəlmişkən, xatırladım ki, Aytən Mustafayeva mənim MSK-ya müraciətimi işıqlandıran Strateq.az saytını da məhkəməyə verib - T.Ş.).xa0

Çox pakizə, bəs nədən Aytən Mustafayeva əmindir ki, yazmış olduğu savadsız və əsassız iddia ilə hər kəsin gözü önündə olan bir faktı - AMEA İHİ-nin rekvizitlərinin Azadsirniyyat.az adlı qənnadı məmulatlarının istehsalı ilə məşğul olduğunu deyən bir internet saytında koordinat kimi göstərilməsini - təkzib etdirə bilər?! Doğrudanmı, 21-ci əsrdə, informasiya texnologiyalarının hər bir vəzifəli şəxsin özü və ailə üzvləri haqqında məlumatları önümüzə sərdiyi bir zamanda Aytən Mustafayeva cəmiyyətin gözünə kül üfürə biləcəyini zənn edir?

Budur,xa0Aytən Mustafayeva övladları haqqında 2014-cü ildə mətbuata deyir:

“İki oğlum var. Böyüyü 24 yaşındadır, evlidir. Dubayda magistraturanı bitirib. Hazırda doktorluq işini yazır”x9d.

orxan-m-1.jpg





Onun haqqında söhbət açdığı böyük oğlunun adıxa0Orxandır.xa0Anasının müsahibəsindən onun 1989, yaxud 1990-cı ildə dünyaya göz açdığını, hazırda 26, uzaqbaşı 27 yaşlarında olduğunu təxmin edə bilərik. O, Dubaydakı Amerika Universitetinin bakalavr pilləsini bitirib, magistr təhsilini isəxa0Heriot Watt Universitetində davam etdirib. ASAİF adlı təşkilatın İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Bu şəbəkə barədə oxucular “Nurçuların ASAİF şəbəkəsində kimlər var”x9d adlı yazıya daxil ola xa0(//axar.az/news/11922) və daha ətraflı məlumatlana bilərlər.

2013-cü ilin fevralından isə Orxan İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təsis edilmiş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsidir.xa0O, vətəndən uzaqda təhsil almasına, AZPROMO-nun nümayəndəsi statusunda “Azərbaycana investisiya cəlb etmək üçün çalışmalarına”x9d rəğmən Dubayda öz “kiçicik biznes”x9dini qurmağa da macal tapıb!

“Kiçicik biznes”x9d dedik, gərək faktlarla danışaq. xa0

orxan-m-2.jpg

Özxa0“Linkedin”x9dxa0profilində -xa0//www.linkedin.com/in/orkhan-mustafayev-3718b955-xa0yazdığında görə, bizim gənc xa0biznesmen 2014-cü ilin noyabrından bərixa0İdeal Concept Groupxa0adlı şirkətin prezidentidir.

İdeal Concept Group fəaliyyəti Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Türkiyəni əhatə edən bir investisiya şirkətidir. Həmin şirkətin web səhifəsindən -xa0//www.idealconceptgroup.com/-xa0belə görünür ki, Aytən Mustafayevanın oğlunun biznes fəaliyyəti ərzaq, meyvə, tərəvəz satışından tutmuş katric doldurumunaxa0qədər “çox geniş sahə”x9dni əhatə edir. Amma deputat oğlunun qazanc sferası bunlarla yekunlaşmır.xa0Çünki İdeal Concept Group əsas pulu inşaat, reklam, “facilities management”x9d kimi sahələrdən çıxarır.xa0Həmin qrupun menecmenti altında olan şirkətlər isə bunlardır:

  1. “One o One”x9d ticarət kompaniyası/Dubay;
  2. “Fresh Berry”x9d supermarket/Dubay;
  3. “Newadvice”x9d- PRO şirkəti/Dubay.
  4. xa0QART eksklüziv avtomovil studiyası/Dubay.
  5. “Twilight”x9d yaxta, su oyunları, icarə və menecment şirkəti/Dubay
  6. “Qalagroup”x9d- mərkəzi ofisi Bakıdadır. Orxan Mustafayev “Linkedin”x9d səhifəsində özünü “Qala Group”x9d şirkətinin qurucusu (founder) kimi təqdim edir. Hüquqi ünvanı Nizami rayonunda yerləşən həmin şirkətlə Orxan Mustafayevin bağları barədə araşdırmamızın dərcini sonraya saxlayıram. Hazırda diqqətinizi Aytən Mustafayevanın oğlunun yalnız Dubaydakı biznesinə çəkmək niyyətindəyəm. İlk növbədə yaxtalara.

yaxta-1.jpg

Www.idealconceptgroup.comxa0saytında verilən məlumata görə,xa0“Twilight”x9dxa0lüks yaxtalar kompaniyası Dubayda yerləşir.xa0 Bu şirkətinxa0Tarrab, Canados, Azimut, Caboxa0kimi brendlər daşıyan özəl yaxtaları Dubayın məşhurxa0Jumeriah Beach Hotel, Marina Yacht Club, Marina Mallxa0kimi yerləşmələrində xidmət göstərir.

Şirkətin kolleksiyasında olanxa0“One o One”x9dxa0adlı yaxta çox genişdir,xa0“Tarrab”x9dxa0tərəfindən istehsal olunub. Yaxtada 4 kabinet, yataq və qonaq otaqları, mətbəx, hətta cakuzi var. İnternetdəki kirayə saytlarına göz gəzdirəndə məlum olur ki, bu cür lüks yaxtaları icarəyə götürmək üçün Dubayda müştərilər hər saat üçün orta hesabla ən azı 500 dollar ödəməlidirlər.

Kolleksiyadakıxa0“Galatea”x9dxa0adlı yaxta da lüksdür. 4 otaqdan ibarət olan ”x9dGalatea”x9dda 20 nəfərlik qrupun gözəl bir gün keçirməsi üçün hər şərait mövcuddur.

“My wave”x9dxa0adlı yaxta isə nisbətən kiçik olsa da, sahibkarlarının dediyinə görə, ailəvi istirahət üçün əla seçimdir.xa0

Kolleksiyanın “sonbeşiyi”x9d olan kiçikxa0“Twilight-1”x9dxa0qayığı isə balıq ovu üçün münasibdir.

İdeal Concept Group-un yaratdığı və inkişaf etdirdiyi konsepsiyalardan biri də su oyunları təşkil edən və lüks sahil təcrübəsi yaşadanxa0“Sea Breeze”x9dxa0xidmətləridir.

avtomobili-2.jpg

“Müştərisi bol olsun”x9dxa0deyib yaxtalardan “düşək”x9d və hamımız birlikdəxa0QARTxa0adlanan eksklüziv avtomobil studiyasına yollanaq. xa0Siz bu studiyanın fəaliyyəti ilə bağlı şəkillərə//www.facebook.com/QART-car-studio-1514377545532249/xa0linkində baxa bilərsiniz. Mən isə“sağlıqlarına qismət”x9dxa0deyib də əlavə şərhə vaxt ayırmadan keçirəmxa0prezidenti Orxan Mustafayev olan İdeal Concept Group-un menecmenti altındakı “One o one”x9d, yənixa0“101”x9d şirkətinin qida satışıişlərinə. Həmin şirkətin tualet kağızı və katric satışına heç toxunmadan...

erzaqi-1.jpg

Rəsmi səhifəsində -xa0//www.101trading.ae/xa0göstərilir ki, “One o one”x9d ərzaq və tərəvəz satışı ilə məşğul olur, İtaliya, Almaniya, Bolqariya, Hollandiya, Türkiyə, Azərbaycan, Danimarkadan mal daşıyır.

sezak-1.jpg


Şirkətin əsas partnyorlarından biri İtaliyadakıxa0SEZAKxa0şirkətidir. SEZAK-ın ofisi İtaliyanın Milan şəhərində yerləşir, öz müştəriləri ilə bir çox dillərdə, o cümlədən Azərbaycanca əlaqə saxlayır. Maraqlıdır ki, həmin şirkətin rəsmi internet səhifəsi də bir azərbaycanlının adına qeydiyyatdan keçirilib.xa0Bu şirkətin əsas özəlliyi isə, diqqət edin, HALAL SERTİFAKATLI məhsulların satışı ilə məşğul olmasıdır. Həmin şirkət eyni zamanda ŞİRNİYYAT BİZNESİnə də pul qoyur.

Həmxa0SEZAK-ın, həm də onu əsas tərəfdaş sayanxa0“One o One”x9dxa0kompaniyasının satdığı məhsullara nəzər salanda,xa0brendlər bizi 2003-cü ildə şirkətləşmiş, Avropadan Afrikaya bir çox ölkəyə ixracat yapan DEMKA GmbH adlı bir ərzaq istehsalçısına götürür. xa0DEMKA-nın baş ofisi Almaniyada yerləşir. Ət və ət məhsulları, süd və süd məhsulları, un və qənnadı məhsulları istehsal edən həmin şirkətin brendləri arasındaxa0“AZAD”x9dxa0ismi xüsusi gözə çarpır.

one-1.jpg





Zira, “One o One”x9d şirkətinin təklif etdiyi mallar bununla yekunlaşmır. Dünyanın ən məşhur süd və süd məhsulları şirkəti olan “Parmalat”x9dın, yenə məşhur bir italyan markası olan “Santal”x9d şirələrinin, “İcemary”x9d isimli orqanik və alkoqolsuz içkinin satışınaxa0prezidenti Aytən Mustafayevin oğlu olan şirkətxa0qollarını çırmalamış durumundadır.

Orxan Mustafayevin menecmenti altında olanxa0Fresh Berryxa0supermarketi isə 24/7 konsepsiyası ilə Dubayınxa0Princess Towerxa0səmtində xidmət göstərir.xa0 Market məhz keyfiyyətli ərzaqlar satması ilə öyünür. Məlum, ucuz ətin şorbası keyfiyyətsiz olur”¦

İdeal Concept Group-un yerləşdiyi məkan -xa0Grosvenor Business Towerxa0Dubayın ən bahalı biznes mərkəzlərindən biridir. Oradakı kirayə qiymətləri, Anadolu türkləri demiş, dodaq uçuqladır. Gözəyarı təxminlərə görə,xa0icarənin illiyi ən azı 500 min dollarxa0civarındadır.

kolbasa-111.jpg

icemary-1.jpg

santal-1.jpg




















Bütün bunlardan sonra ortaya sadə bir sual çıxır:xa0Aytən Mustafayevanın uzaqbaşı 27 yaşı olan və bu qədər böyük kapital yönəldən oğlunun “biznes şəraitinin yaxşılaşmasında”x9d xanım deputatın rolu nədən ibarətdir?xa0

Axı Aytən Mustafayeva idi deyən:xa0“Mənim maaşım 500 manatdır. Təsəvvür edirsinizmi, elmlər doktoru və institut direktorunun maaşı hansı səviyyədədir?”x9d(strateq.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin