Rabitə işçisi dirəkdən yıxılaraq öldü - Xanımı komaya düşdü

Hazırda oxunan: Rabitə işçisi dirəkdən yıxılaraq öldü - Xanımı komaya düşdü

120369
Qusarda bədbəxt hadisə baş verib.  Qusar Rayon Rabitə və Telekommunikasiya Qovşağında rabitə mantyoru işləyən 1956-ci il təvəllüdlü Zeybulla Həbib oğlu Mahmudov Qusarın Ləyər kəndində rabitə dirəyindən yıxılıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, rabitə dirəyindən yıxılan Z.Mahmudov daxili qanaxma ilə xəstəxanaya çatdırılıb. Ancaq vəziyyəti ağır olduğundan, paytaxt xəstəxanasına göndərilib. Lakin Bakıda onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Z.Mahmudovun həyat yoldaşı komaya düşüb və Qusar RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib. ( report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin