Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası təsdiq edilib.
Nazirlər Kabinetindən Bizim.Media-ya verilən məlumata görə, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qaydaya əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində həmin maddələr məhkəmənin müvafiq qərarının və ekspertin göstərilən maddələrin tibbi məqsədlərlə istifadə oluna bilməsinə dair rəyinin surəti ilə birlikdə ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilir.
Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin tibbi məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilməsi zamanı videoçəkilişdən istifadə edilməklə protokol tərtib olunur.
Protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə cinayət təqibi ilə bağlı materiallara əlavə olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:17 / 14.02.2023
Narkotik maddələrin tibbi istifadə üçün təhvil verilməsi qaydası TƏSDİQLƏNDİ
Hazırda oxunan: Narkotik maddələrin tibbi istifadə üçün təhvil verilməsi qaydası TƏSDİQLƏNDİ
Hazırda oxunan: Narkotik maddələrin tibbi istifadə üçün təhvil verilməsi qaydası TƏSDİQLƏNDİ
120359
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.