Dövlət qurumlarında informasiya təhlükəsizliyinin gücləndirilməsi və informasiya sızmasına səbəb ola bilən yerli və xarici disk daşıyıcılarından asılılığı aradan qaldırmaq üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) yeni "share.gov.az" platformasını istifadəyə verib.
Bizim.Media XRİTDX-nin yaydığı məlumata istinadən xəbər verir ki, platforma "wetransfer", "dropbox", "boxca" və bu kimi platformalara etibarlı alternativdir.
Platforma istifadəçilərə, həm qarşı tərəflə paylaşılacaq faylların müvəqqəti saxlanc sistemində 5 dəqiqədən 15 gün intervalınadək saxlama, həm də istifadəçi şifrəsi ilə simmetrik şifrələmə imkanını verir.
Bu da təhlükəsizliyin təmin olunması və məlumatların kənar müdaxilələrdən qorunması baxımından çox əhəmiyyətlidir.
Yalnız “AzStateNet” şəbəkəsinə qoşulmuş dövlət qurumları sözügedən platformaya fayl yükləmə imkanına malikdir. İstənilən şəbəkə istifadəçisi əldə etdiyi keçid (link) vasitəsilə (şifrələndiyi halda, şifrə vasitəsilə) yüklənmiş faylları endirə bilər.
Platformadan istifadə zamanı istifadəçilərin maarifləndirilməsi məqsədilə interfeysə avtomatik yenilənən informasiya təhlükəsizliyi tövsiyələri - "Kibertövsiyə" bölməsi əlavə olunub.
“Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının əməkdaşlarına informasiya sızmasına səbəb ola biləcək kənar xidmətlərdən istifadə etməməyi və məlumat bölüşməsi üçün yalnız "share.gov.az" platformasını tətbiq etməyi tövsiyə edir”, - deyə məlumatda bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:52 / 14.02.2023
Dövlət qurumlarının informasiya sızmasının qarşısını alacaq proqram təminatı İSTİFADƏYƏ VERİLDİ
Hazırda oxunan: Dövlət qurumlarının informasiya sızmasının qarşısını alacaq proqram təminatı İSTİFADƏYƏ VERİLDİ
Hazırda oxunan: Dövlət qurumlarının informasiya sızmasının qarşısını alacaq proqram təminatı İSTİFADƏYƏ VERİLDİ
120348
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.