Azərbaycanın seysmoloji xəritəsi sonuncu dəfə 1977-ci ildə hazırlanıb. 46 ildir ki, Azərbaycanda bu xəritədən istifadə edilir. Lakin, Tükriyədə baş verən son zəlzələ bizi bir sıra sahələrdəki, o cümlədən yeni seysmoloji xəritə ilə bağlı vəziyyəti yenidən təhlil etməyə vadar edir.
Məsələ ilə bağlı ilkin olaraq AMEA-nın Respublika Seysmoloji Mərkəzi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Vüsalə Rafiqqızı Bizim.Media-ya bildirdi ki, hazırda yeni seysmoloji xəritənin hazırlanması barədə heç bir iş aparılmır.
Məsələnin aktuallığını nəzərə alıb tanınmış seysmoloq Ənvər Əliyevin fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamsında o bildirdi ki, Azərbaycanda seysmoloji xəritə 46 ildir ki, yenilənmir:
“Bunun da bir sıra səbəbləri var. Əsas səbəb odur ki, ərazilərimizin bir hissəsi uzun müddət işğal altında olub. Və çox təəssüf ki, Qarabağın müəyyən ərazilərinə hələ də gedə bilmirik. Xəritə aparılmış tədqiqat işlərinin yekunudur. Əgər yeni tədqiqatlar aparılmayıbsa yeni xəritə hazırlamaq mümkün deyil. Hər bir ərazi üzrə dəqiq məlumat almaq üçün o ərazilərdə seysmoloji stansiyalar olmalıdır. Ona görə də bütün ölkə üzrə seysmoloji stansiyaların olmaması səbəbi ilə yeni xəritənin hazırlanması ləngiyir”.
Ənvər Əliyev onu da əlavə edib ki, seysmoloji xəritənin hazırlanması Respublika Seysmoloji Mərkəzinin birbaşa vəzifəsidir:
“Amma bu və digər səbəblərdən seysmoloji xəritənin yenilənməsi hələki, gündəmdə deyil. Baxmayaraq ki, bu olduqca vacib məsələdir. Çünki, 50 il bundan qabaqkı tətbiqlərlə indiki tətbiqlər arasında böyük fərq var. Mənə elə gəlir ki, bu məsələnin gündəmə gətirilməsinin əsl vaxtıdır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 13.02.2023
Azərbaycanın seysmoloji xəritəsini kim hazırlamalıdır? – 46 ildir YENİLƏNMİR
Hazırda oxunan: Azərbaycanın seysmoloji xəritəsini kim hazırlamalıdır? – 46 ildir YENİLƏNMİR
Hazırda oxunan: Azərbaycanın seysmoloji xəritəsini kim hazırlamalıdır? – 46 ildir YENİLƏNMİR
120244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.