Dövlət yerli istehsalçıları müdafiə edəcək

Hazırda oxunan: Dövlət yerli istehsalçıları müdafiə edəcək

120215
Layihə Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılacaq.

Azərbaycanda istehsalçıların iqtisadi maraqlarını qorumaq məqsədi ilə yerli istehsalata zərər vuran idxala qarşı tədbirlər, eləcə də dempinq əleyhinə və kompensasiya rüsumlarının təbqiqi qaydaları müəyyən edilib.

Moderator.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin Milli Məclisindən bildirilib.

Məlumata görə, yeni “Dempinq əleyhinə, kompensasiya və müdafiə tədbirləri”x9d haqqında qanun layihəsi yerli istehsala zərər verən dempinqə dair tədbirləri, eləcə də dempinq əleyhinə, kompensasiya və xüsusi rüsumların formalaşması və tətbiqi qaydalarını tənzimləyir.

Qanunda dempinqin bütün növlərinə və yerli istehsalata zərər verən idxala qarşı dempinq əleyhinə rüsumların qəbul edilməsi nəzərdə tutulur, burada yalnız qiymət üzrə öhdəçiliyin qəbul edilməsi halı istisnadır.  

Qanun layihəsində qeyd olunur ki, dempinq əleyhinə müvəqqəti tədbirlərin tətbiqi 4-6 aydan artıq olmamalıdır.

Layihə Milli Məclisin plenar iclasında fevral ayının 12-də müzakirəyə çıxarılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin