Qubada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 11-ci ildönümü qeyd olunur. Bu münasibətlə ümummilli lider Heydər Əliyevin Quba şəhərindəki abidəsi ziyarət olunub.
Quba İH başçısı Ziyəddin Əliyev, DTX-nin rayon şöbəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəsmiləri və xidmətin yerli şöbəsinin əməkdaşları abidə önünə tər güllər düzüb, dahi şəxsiyyətin xatirəsini hörmətlə anıblar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsindən Bizim.Media-ya məlumat verib ki, Qubada 11 əvvəl yaradılan şöbə öz missiyasını layiqincə yerinə yetirməyə çalışıb.
Qurumdan əlavə olaraq bildirilib ki, Vətən Müharibəsi başlayanda qubalı gənclər də vətənin müdafiəsinə həvəslə gediblər. Vətən Müharibəsində 49 şəhid verən Qubada, hazırda 55 nəfər tam qazi statusunu alıb, daha 215 nəfər isə müharibə əlilidir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- A-
- A
- A+
Cəmiyyət
14:53 / 13.02.2023
Qubada Səfərbərlik Xidməti işçilərinin günü qeyd EDİLDİ - FOTO
Hazırda oxunan: Qubada Səfərbərlik Xidməti işçilərinin günü qeyd EDİLDİ - FOTO
Hazırda oxunan: Qubada Səfərbərlik Xidməti işçilərinin günü qeyd EDİLDİ - FOTO
120194
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.