“Ali Baş Komandan fikrimi bəyəndi və əlimi sıxaraq uğurlar arzuladı”x9d

Hazırda oxunan: “Ali Baş Komandan fikrimi bəyəndi və əlimi sıxaraq uğurlar arzuladı”x9d

120177
Ali Baş Komandan tərəfindən çağırıldım. Görüşümüz çox səmərəli keçdi. Nə üçün Ordudan tez təxris olunmağımın səbəbini soruşdu. Mən başıma açılan oyunlar haqqında danışdım. O məni sona qədər dinlədi. (Deməli, mənə verilən məlumat yanlış imiş)Yaxın vaxtlarda torpaqlarımızı düşməndən azad etməliyik. Qərara gəldim ki, keçmişdə döyüş təcrübəsi olan zabitləri, generalları bu işə cəlb edəm. Ancaq sizin şəxsi heyətinizin komplektləşdirilməsi MƏMUR övladlarından, onların qohum əqrəbasından ibarət olacaq. Mən tez bir riyazi hesablama etdim, gördüm ki, bir briqada sayına uyğun say alındı. Fikrimi soruşdu. Dedim Cənab Ali Baş Komandan, xahiş edirəm heç olmasa silahı əlində tutmuşlarla bu şərəfli yolda uğur qazanmaq üçün şəxsi heyətlə hərəkət edim, bunlarla isə o zamanlar döyüşdən gizlənərək bu günlərdə yüksək rütbəyə çatanlar məşğul olsunlar. Onların döyüş təcrübəsi olmasa da hərbi bilikləri var. Bu MƏMUR qohum-əqrəbasına Goran - Seyfəli və s. poliqonlarında təlim keçsinlər, gücümüz tükəndikcə bizə göndərsinlər. 

Özlüyümdə də fikirləşdim ki, onları cəbhə bölgəsinə göndərəndə də üstlərində kontrolu güçləndirməliyəm. Belə ki, bəziləri keçərlər dayıları tərəfə. Cənab Ali Baş Komandan mənim fikrimi bəyəndi və əlimi sıxaraq uğurlar arzuladı. Gözümü açdım ki, bu hamısı yuxuda baş verib. Həm kədərləndim, həm də sevindim...

Balay Nəsibov, keçmiş batalyon komandiri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin